Siyasi 30.06.2019 22:41

Putin Trampı “istedadlı adam” adlandırdı - FOTO

“Liberalizm ideyası artıq ömrünü başa vurub və tamamilə köhnəlib”.

Rakus.az xəbər verir ki,  bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

G20 sammitindən əvvəl iyunun 28-də Kremldə Financial Times qəzetinə müsahibə verən Rusiya prezidenti miqrantlara münasibətdə açıq qapılar siyasətini pisləyib və deyib ki, liberalizm “ənənəvi dəyərlərin” hesabına ifrata varıb: “Miqrasiya problem ortalığa çıxanda bir çoxları etiraf etdilər ki, multikulturalizm səmərəli siyasət deyil və köklü əhalinin maraqları nəzərə alınmalıdır”.

Putin bildirib ki, Almaniya kansleri Angela Merkelin 2015-ci ildə Yaxın Şərqdən gələn qaçqınlara qucaq açmasını “köklü səhv” olub.

O, Donald Trampı miqrasiyaya qarşı daha sərt mövqe tutmasına görə “istedadlı adam” adlandırıb.

Müsahibənin böyük bir hissəsi Rusiyanın xarici siyasətinə – Çin, Venesuela, Suriya və ABŞ-la münasibətlərə həsr olunub.

Xarici siyasətdən danışarkən Putin illərdir ki, irəli sürdüyü mülahizələri təkrarlayıb və ABŞ-ın dünya hegemonluğunu pisləyib.

Lakin müsahibənin ən maraqlı hissəsi Qərbin liberalizm-azadlıq ideyalarına münasibəti barədədir: “Liberal ideya heç nə etmək lazım olmadığını ehtiva edir. Miqrantlar yalnız ona görə öldürə, qarət edə və zorlaya bilərlər ki, onların bir miqrant kimi hüquqları qorunmalıdır. Liberal ideya köhnəlib”.

Putin bunu da deyib ki, Rusiyanın seksual azlıqlarla heç bir problemi yoxdur və Moskva yalnız seksual azlığın təbliğatını qadağan edib:

“Lakin imkan vermək olmaz ki, bu, mədəniyyətə, ənənələrə və əhalinin əsas hissəsinin ənənəvi ailə dəyərlərinə kölgə salsın. Ənənəvi dəyərlər daha sabitdir və milyonlarla insan üçün liberal ideyadan daha mühümdür”.

Putin deyib ki, onun nəzərincə liberal ideya artıq mövcudluğunu dayandırıb.

İndi 20 ildir hakimiyyətdə olan Putinə Rusiya və Qərb arasında fikir ixtilafının təfərrüatlarına dair suallar verilməyib.

2018-ci ildə Britaniyada Skripalların zəhərlənməsində Risiyanın roluna dair suala isə Putin “ənənəvi” cavab verib: “Qoy sübut etsinlər”.

Bununla belə Putin Skripalların zəhərlənməsində öz hökumətinin rolunu birbaşa inkar etməyib. O artıq ən azı üçüncü dəfədir ki, “xəyanətin ən böyük cinayət” olduğunu bildirib: “Xəyanət mümkün olan ən ağır cinayətdir və cəzalandırılmalıdır. Mən demək istəmirəm ki, Solsberi hadisəsinin bununla əlaqəsi var. Qətiyyən. Lakin satqınlar cəzasına çatdırılmalıdır”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS