Siyasi 29.09.2021 12:25

QAAT Anım Günü ilə əlaqədar BƏYANAT yaydı

Qərbi Azərbaycan (indiki Ermənistan) Azadlıq Təşkilatı 27 sentyabr Anım Günü ilə əlaqədar bəyanat yayıb.

Rakus.az xəbər verir ki, təşkilatın mətbuat xidmətinin məlumatına görə, bəyanatda deyilir:

27 sentyabr 2020-ci ildə səhər saat 06 radələrində erməni silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini müxtəlif növ silahlardan atəşə tutmuşdur. Onların məqsədi yeni ərazilər işğal etmək, daha çox dinc əhalini qətlə yetirmək, daha çox yaşayış məntəqələrimizi, sosial obyektləri, məktəbləri, xəstəxanaları, uşaq baxçalarını və s. dağıtmaq idi. Bunun üçün də onlar öz faşist ideyalarına sadiq qalaraq səhərə yaxın hücum etmişlər. Erməni faşistləri Azərbaycanın iri şəhərlərini, əsasən də Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və s. hədəfə almışdılar. Onlar cəbhə bölgəsindən çox-çox uzaqda olan Bakı, Xırdalan, Xızı, Qəbələ, Kürdəmir və digər şəhərlərə də “Skad” və “İsgəndər M” tipli raketlərdən atəş açırdılar. Erməni faşist qəsbkarları şəhərlərimizə ancaq gecələr atəş açırdılar ki, yatan dinc əhali arasında tələfat daha şox olsun. Bunun nəticəsində 12 uşaq və 27 qadın olmaqla 100 nəfərdən çox mülki əhalı həlak olmuş, 50 uşaq və 101 qadın olmaqla 450 nəfərdən çox insan yaralanmışdır. Erməni terroru nəticəsində 4186 ev, 550 mülki obyekt, 135 şoxmənzilli yaşayış binası, çoxlu sayda məktəb, uşaq baxçası, xəstəxana dağıdılmış, yararsız hala düşmüşdür.

44 günlük Vətən müharıbəsi zamanı Azərbaycan xalqı Ali Baş Komandan, Respublikamızın prezidenti cənab İlham Əliyevin ətrafında dəmir yumuruq kimi birləşərək erməni terroruna və təcavüzünə qarşı layıqli cavab vermişdir. Erməni silahlı qüvvələri tam məhv edilərək məcburi kapitulyasiya edilmiş və 10 noyabrda üçtərəfli bəyannamə imzalanmışdır.

Bütün bunlara baxmayaraq Ermənistan dövləti bu gün də işğalçılıq siyasətindən əl çəkmir və nüfuzlu beynəlxalq təşkilatlarda qəbul edilmiş, dünya dövlətlərinin də qəbul etdiyi konvensiyalara, protokollara məhəl qoymadan dövlətimizə və xalqımıza qarşı terror və təcavüzünü davam etdirir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə əsasən atəşkəs olmasına baxmayaraq bu günə kimi 140 nəfərdən çox mülki vətəndaş işğal dövründə basdırılmış minalardan həlak olmuş və ya ağır yaralanmışdır.

Ermənilər dövlət səviyyəsində işğal etdiyi ərazilərdə Azərbaycan fauna və florasına ciddi zərər vurmuş, şəhərləri, qəsəbələri, kəndləri tam məhv etmış, tarixi abidələri, muzeyləri, məscidləri və s. talayaraq dağıtmışdır.

Biz Qərbi Azərbaycan (indiki ermənistan) Azadlıq Təşkilatı olaraq erməni terror və təcavüzünü pisləyirik, dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan ermənistanın xalqımıza qarşı bu təcavüzünə, terroruna son qoymasına, bu dövlətin region və dünya xalqlarına yarada biləcəyi təhlükənin qarşısının alınmasına, onların xalqımıza qarşı törətdiyi cinayətlərin araşdırılmasına kömək etməyə çağırırıq.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS