Elm və təhsil 27.11.2024 22:26

“Rusiya iki türk imperiyaları Osmanlı və Qacarlar arasında erməni bufer zonası yaratdı” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Bismark əlini tribunaya vurub erməniləri Berlin konfransından qovdu” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov Çar Rusiyanın Qərbi Azərbaycanda etnik təmizləmə siyasətindən söz açır.

Bildirilir ki, İrəvan quberniyasının əraziləri keçmiş İrəvan və Naxçıvan xanlıqların torpaqları idi.

O deyib ki, Rusiya iki türk imperiyaları Osmanlı və Qacarlar arasında erməni bufer zonası yaratdı: “Qərbi Azərbaycana təkcə ermənilər deyil, duxoborlar və subotniklər də köçürüldü. Rusiya imperiyası yerli etnik türklərə və onların mədəniyyətinə, toponimlərinə qarşı genosid törədib. Çar Rusiyası öz köçürdüyü erməniləri bölgənin etibarlı xalqı hesab edib, onlara tarix, ərazi yaratdı”.

Onun sözlərinə görə, Ukrayna mənşəli rus sərkərdəsi İvan Paskeviç I Nikolaya “bizim apardığımız bu siyasət yerlərdə yerli əhalinin qıcığına səbəb olacaq” xəbərdarlığını edib: “Rusiyanın xarici işlər nazirinin cavabı isə belə olub ki, bizim məqsədimiz Cənubi Qafqazda ermənilərə dövlət yaratmaq deyil, türklərə qarşı sipər qurmaqdır”.

Tarixçi diqqətə çatdırıb ki, alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs olan Otto fon Bismark əlini tribunaya vurub erməniləri Berlin konfransından qovub.

Z.Əmrahov sonda Rusiyanın Qərbi Azərbaycanda etnik təmizləmə siyasətindən, türk dövlətləri arasında bufer zonası yaratmaq üçün ermənilərin Qafqaza gətirilməsindən söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 27-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 27.11.2024 22:26
“Rusiya iki türk imperiyaları Osmanlı və Qacarlar arasında erməni bufer zonası yaratdı” - FOTO - VİDEO
Elm və təhsil / 27.11.2024 15:11
“Könüllü kimi ilk fəaliyyətim COP29-da başlayıb” – Aişə Yaqubova - FOTO
Elm və təhsil, Siyasi / 27.11.2024 13:28
“Qafqazdakı məlikliklər xristian türklərdir” – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 26.11.2024 21:36
Adıyaman, Azadeğ, Azadibek, Azadxaraba, Azqala, Aznaberd – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 26.11.2024 18:31
“Ermənistanın konfransa qatılmaması onu öz prioritetlərindən məhrum etdi” - FOTO - VİDEO
Siyasi, Təhlil / 26.11.2024 14:58
İndiki Ermənistan ərazisindəki Qərbi Azərbaycan reallığı – TƏHLİL - FOTO
Elm və təhsil, Sosial / 26.11.2024 14:23
Ermənilərin viran qoyduğu kəndlər – ANONS - VİDEO
Mətbuat, Siyasi / 26.11.2024 14:18
“Azərbaycan aktaul məsələlərin həlli üçün platforama yaratmağa qadir dövlətdir” - VİDEO
Siyasi / 26.11.2024 13:06
Ermənistanın COP29-a gəlməməsinin əsas səbəbi – ANONS - VİDEO
Müsahibə / 25.11.2024 21:25
“Erməni usta evimizin divarına xaç işarəsi qoymuşdu” - FOTO - VİDEO
Təhlil / 25.11.2024 16:14
Qaşqay türklərinin diskriminasiyası – İran hakimiyyətinin ayrı-seçkiliyi – TƏHLİL - FOTO
İdman / 25.11.2024 11:46
Ermənini məğlub edən Yusif Bağırlının beynəlxalq uğuru - FOTO
Elm və təhsil / 23.11.2024 22:21
“Skif mifləri və zadəgan qəbir adəti Azərbaycan xalqının inancları ilə eynidir” - FOTO - VİDEO
Elm və təhsil / 23.11.2024 14:16
“Erkən skif sözləri tamamilə türkcədir“ – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 22.11.2024 22:24
“Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu öldürdülər” - FOTO - VİDEO
Gündəm, Sosial / 22.11.2024 16:02
COP29-un 12-ci günü: Mavi Zona tədbirləri davam edir – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 22.11.2024 13:19
Mağaracıq kəndinin son şahidi – İsmixan Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 21.11.2024 22:34
İrəvandan Bakıya göndərilən “strateji saziş”in detalları: Nikolun planı nədir? - FOTO - VİDEO
Gündəm, Sosial / 21.11.2024 17:58
COP29-un 11-ci günü: Mavi Zona tədbirləri başlayıb – YENİLƏNİB - FOTO - VİDEO
Siyasi / 21.11.2024 13:35
Nikolun “strateji planı” – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 20.11.2024 22:59
“Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar” - FOTO - VİDEO
Gündəm, Sosial / 20.11.2024 17:48
COP29-un 10-cu günü: Mavi Zona tədbirləri başlayıb – YENİLƏNİB - FOTO - VİDEO
Təhlil / 20.11.2024 15:47
Qarakənd faciəsini törədənlər cəzalandırılacaqmı? – TƏHLİL
Elm və təhsil, Siyasi / 20.11.2024 13:25
Qərbi Azərbaycanda yəhudi izi – ANONS - VİDEO
Gündəm, Siyasi / 20.11.2024 11:00
Deputat: “COP29 iqlim məsələlərinin olimpiadası hesab oluna bilər” - VİDEO
Hərbi, Siyasi / 20.11.2024 08:00
Qarakənd faciəsindən 33 il ötür - FOTO