İdman 19.05.2019 22:31

“Qalatasaray” çempion oldu – “Başakşəhər” uduzdu - FOTO

Mayın 19-da futbol üzrə Türkiyə Superliqasında “Türk Telekom” stadionunda İstanbul derbisi oynanılıb.

Rakus.az xəbər verir ki, XXXIII turun mərkəzi və son qarşılaşmasında turnir cədvəlində 66 xalla lider olan “Qalatasaray” komandası eyni xala malik olan və top fərqinə görə ikinci pillədə qərarlaşan “Başakşəhər”i qəbul edib.

Baş hakim Cüneyt Çakırın idarə etdiyi görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qalatasaray” vacib üç xala sahib olub və Superliqanın oyunlarının yekunlaşmasına bir tur qalmış 2018-2019-cu il mövsümündə çempionluğunu elan edib. Bu “Qalatasaray”ın ardıcıl ikinci, ümumiyyətlə isə 22-ci çempionluğu olub.

Qarşılaşmada hesabı 17-ci dəqiqədə Rijad Bajicin baş zərbəsi ilə vurduğu qolla qonaqlar açıblar. Birinci hissə 0:1 hesabı ilə “Başakşəhər”in üstünlüyü ilə başa çatıb. Lakin ikinci hissədə hücumlarının sayını artıran meydan sahibləri hesabı bərabərləşdiriblər. 47-ci dəqəqidə “Qalatasaray”ın mərakeşli futbolçusu Younes Belhandanın künc zərbəsindən məhsuldar ötürməsini Sofiane Fequli qola çevirib – 1:1. Bundan səkkiz dəqiqə sonra mərakeşli futbolçu Younes Belhanda topu qapıdan keçirib. Lakin oyunun baş hakimi Cüneyt Çakır videonəzarət sistemindəki (VAR) hakimlərlə məsləhətləşdikdən sonra qoldan əvvəl topun Mbaye Diaqnenin əlinə toxunduğunu bildirərək Younes Belhandanın qolunu ləğv edib. Nəhayət 64-cü dəqiqədə Younes Belhandanın cərimə zərbəsindən sonra Henry Onyekuru matçda fərqlənərək “Qalatasaray”ı hesabda irəli çıxardıb – 2:1. 80-ci dəqiqədə meydanın kənarında yaşanan gərginlikdən sonra oyunun baş hakimi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi tribunaya göndərib.

Beləliklə, bu oyundan sonra xallarının sayını 69-a çatdıran baş məşqçi Fatih Terimin yetirmələri Türkiyə çempionatında birinci sıradakı mövqeyini qoruyub və çempionatın qalibi olublar. Aktivində 66 xal olan “Başakşəhər” ikinci sırada qəralaşıb. Hesabında 62 xal olan “Beşiktaş” üçüncü, 60 xala malik “Trabzonspor” dördüncü sıradadır.

“Qalatasaray” – “Başakşəhər” görüşü cari mövsümdə Superliqada ən çox tamaşaçının baxdığı qarşılaşmalardan biri olub. Belə ki, “Türk Telekom”dakı oyunu 50 minə yaxın tamaşaçı izləyib.

İki komanda arasında indiyədək keçirilmiş 23 oyundan 11-də “Qalatasaray”, 7-də “Başakşəhər” qələbə qazanıb. Beş görüşdə isə qalib müəyyənləşməyib. Bu iki klub arasında keçirilmiş sonuncu oyunda komandalar hərəyə bir dəfə fərqləniblər – 1:1.

Qeyd edək ki, “Qalatasaray” bu mövsüm Superliqada 33 tur ərzində 20 oyunda qələbə qazanıb, 9 matçda heç-heçə edib və 4 dəfə məğlub olub.

Bu gün oynanılan “Akhisarspor” –“Kayseripor” matçı 2:2 hesabı ilə yekunlaşıb. “Bursaspor”-“Göztəpə” oyununda isə hesab açılmayıb 0:0. “Alanyaspor”-“Rizəspor” görüşündə qalib müəyyənləşməyib – 1:1.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO