“Qalatasatay” çempionluğu əldən verdi
Türkiyə Super Liqasında XXX turun mərkəzi matçında “Qalatasatay” “Trabzonspor”u qəbul edib.
Rakus.az xəbər verir ki, İstanbuldakı “Türk Telekom” stadionunda keçirilmiş qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qalatasatay”ın futbolçusu Sofian Fequli 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. “Trabzonspor” say üstünlüyündən tezliklə yararlanıb. Sosa 41-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 70-ci dəqiqədə Filip Novak fərqi artırıb. 90+2-ci dəqiqədə “sarı-qırmızılar”dan Jan-Mikel Seri penaltidən fərqlənib. Lakin bu da matçda son qol olmayıb. 90+4-cü dəqiqədə Aleksander Sörlot “bordo-mavililər”in inamlı qələbəsini təmin edib.
Beləliklə, xalını 61-ə çatdıran “Trabzonspor” 2-ci pillədə daha da möhkəmlənib və 63 xala malik lider “Başakşehir”i izləməkdə davam edir. 6 oyundur qalib gələ bilməyən və çempionluq yolunda ağır zərbə alan “Qalatasaray” isə 52 xalla 4-cüdür.