“Bu dəfə ABŞ-ın vasitəçiliyi ilə üçüncü atəşkəs yalnız beş dəqiqə sonra Ermənistanın Tərtərin kəndlərini atəşə tutması ilə açıq-aşkar pozuldu”.
Rakus.az xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov özünün “Twitter” səhifəsində yazıb.
“Qaniçən Paşinyan yenə müharibəyə təhrik edir! Nəhayət, dünya bu faşist rejimin mahiyyətini görməlidir”, E.Hüseynov qeyd edib.