Siyasi 18.12.2019 15:19

QAQB Ali Məclisinin növbəti toplantısı keçirildi - FOTO

Qərbi Azərbaycana Qayıdış Birliyiin (QAQB) Tbilisi pr.76 ünvanındakı ofisində QAQB Ali Məclisinin növbəti toplantısı keçirilib.

Rakus.az xəbər verir ki, QAQB Ali Məclisinin sədri Əli Vəliyev toplantının gündəliyinə iki məsələnin daxil edildiyini bildirib. Birincisi, təşkilati məsələ,QAQB-də son struktur dəyişikliyi ilə əlaqədar, QAQB sədrinin imzaladığı son sərəncamların təsdiqi.

İkincisi, “23 dekabr Azərbaycanlı əhalinin indiki Ermənistandan deportasiyası. Tarixi Yurdları Anma günü”adlı tədbirin hazırlıq işlərinin son vəziyyəti.

QAQB Ali Məclisinin sədri gündəlikdəki hər iki məsələ barədə toplantı iştirakçılarına geniş və hərtərəfli məlumat verib.

Digər çıxışçılar Namiq Aslanov, Qəhrəman Qəhrəmanov, Sahib Musayev, Maarif Məhərrəmbəyli, Tamam Uluxanlı, Nailə Eyvazova və digərləri gündəlikdəki məsələlərə münasibətlərini və təkliflərini bildiriblər.

Toplantıda qərara alınıb ki, QAQB Ali Məclisi 55 nəfər üzvdən və QAQB İdarə Heyyəti, QAQB Regional təşkilatları sədrləri və Beynəlxalq və Regional təmsilçilərlə birgə 91 nəfər üzvdən ibarət olmaqla yenidən formalaşdırılsın.

1. Əli Vəliyev—Ali Məclis sədri.
2.Fərman Qasımov–Ali Məclis sədrinin 1-ci müavini.
3.Asya Əsgərova–Ali Məclis sədrinin müavini.
4.Oktay Mirbabayev–Ali Məclis sədrinin müavini.
5.Cəfərov Ravil Nadir oğlu.Ali Məclis üzvü
6.Əsədov Rüfət Yusifəli oğlu.Ali Məclis üzvü
7.Əsgərov Qurban İsəbala oğlu.Ali Məclis üzvü
8.Mədətov Mais İdris oğlu.Ali Məclis üzvü
9.Mustafa Bayram Vəli oğlu.Ali Məclis üzvü
10.Qurbanov Nail Hümbət oğlu.Ali Məclis üzvü
11.Əhmədov İsfəndiyar(şair).Ali Məclis üzvü.
12.Həşimov Ələkbər Ali Məclis üzvü
13.Əliyev Kamandar Ələddin oğlu.Ali Məclis üzvü
14.Quliyev Fehruz Qulu oğlu.Ali Məclis üzvü
15.Məmmədli Teyyub Əyyub oğlu.Ali Məclis üzvü
16.Aslanova Lətafət Kərəm qızı.Ali Məclis üzvü
17.Əsgərova Lətifə Qasım qızı.Ali Məclis üzvü
18.İbadov Arif(Nüvədili)Qulu oğlu.Ali Məclis üzvü
19.Həsənov Rəhman İbrahim oğlu.Ali Məclis üzvü
20.Həmzəyev Yaqub İbə oğlu.Ali Məclis üzvü
21.İbadov Məhərrəm Qulu oğlu.Ali Məclis üzvü
22.Səfərəliyev Niyaməddin İmran oğlu Ali Məclis üzvü.
23.Səfərov Elxan Sabir oğlu Ali Məclis üzvü.
24.Kərimov Cahangir QAQB Goranboy rayon təşkilatının sədri,Ali Məclis üzvü.
25.Hacıyev Razim QAQB Gəncə şəhər təşkilatının sədri,Ali Məclis üzvü.
26.Həsənov Qeys QAQB Şəmkir rayon təşkilatının sədri.Ali Məclis üzvü.
27.Məhərrəmli Çingiz QAQB Qazax rayon təşkilatının sədri,Ali Məclis üzvü.
28.Ələkbərov Niyazi QAQB İsmayıllı rayon təşkilatının sədri,Ali Məclis üzvü.
29.Hüseynov Faiq QAQB-nin Sabirabad rayonu üzrə təmsilçisi.Ali Məclis üzvü
30.Əhmədov Vidadi QAQB-nin Quba rayonu üzrə təmsilçisi.Ali Məclis üzvü
31.Məmmədov Rafiq QAQB-nin Bərdə rayonu üzrə təmsilçisi.Ali Məclis üzvü
32.Hüseynov Məzahir QAQB-nin Gədəbəy rayonu üzrə təmsilçisi.Ali Məclis üzvü.
33.Nağıyev Mehdi QAQB-nin Mingəçevir şəhəri üzrə təmsilçisi.Ali Məclis üzvü
34.Vəliyev Xəlil QAQB-nin Xocalı rayonu üzrə təmsilçisi.Ali Məclis üzvü
35.Mülazim Paşa QAQB Ağsaqqallar Şurasının üzvü.QAQB -nin İzmir şəhər təmsilçisi.Ali Məclis üzvü
36.Serdar Unsal QAQB-nin Qars-İğdır bölgəsi üzrə təmsilçisi.Ali Məclis üzvü.
37.Mərdanov İlham QAQB-nin Ankara şəhəri üzrə təmsilçisi.Ali Məclis üzvü
38.Əmirxanov Şahin QAQB-nin Rusiya Federasiyası nümayəndəliyinin sədri.Ali Məclis üzvü
39.Qurbanov Heydər QAQB-nin Rusiya Federasiyası Voronej şəhəri üzrə təmsilçisi.Ali Məclis üzvü.
40.Babayev Elvin Nazim oğlu QAQB-nin Ukraynanın Kiyev şəhəri üzrə təmsilçisi.Ali Məclis üzvü.

QAQB sədrinin QAQB strukturlarının yeni tərkibi haqqında imzaladığı son sərəncamları və Ali Məclisinin yeni tərkibi yekdil səslə təsdiq olunub və qərara alınıb ki, növbəti toplantıya qədər Ali Məclis üzvlərinin tam tərkibi müəyyənləşdirilməsi başa çatdırılsın və təsdiq olunsun.

Gündəlikdəki ikinci məsələ ətrafında aparılan müzakirələrin yekunu olaraq qərara alınıb ki, “23 dekabr Azərbaycanlı əhalinin indiki Ermənistandan deportasiyası. Tarixi Yurdları Anma günü” adlı tədbirin hazırlanmış ssenariyə uyğun olaraq yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Texniki məsələlər həll olunsun, Qonaqların dəvətnamələrinin çatdırılması təmin olunsun, Aidiyyatlı dövlət orqanlarına, mətbuat-informasiya nümayəndələrinə, televiziyalara ünvanlanmış məktubların 17 dekabr tarixinədək göndərilməsi təmin edilsin.

P.S. Tədbirə qatılmaq istəyənlərə məlum edirik ki, tədbir 22 dekabr tarixində (23 dekabrda bələdiyyə seçkiləri keçiriləcəyi üçün tədbirin vaxtı bir gün qabağa çəkilib) saat 17:00- da LALƏNDƏ şadlıq sarayında (Gənclik metrosundan Ayna Sultanovaya tərəf 80-100 metr qabaqda yolun sağ tərəfində) keçiriləcək.

Tədbirdə İrəvan Dövlət Teatrının aktyorlarının hazırladıqları səhnəciklər göstəriləcək, incəsənət xadimlərinin ifasında yurdlarımıza həsr olunmuş şeirlər, bayatılar oxunacaq. Vətənpərvər müğənnimiz, Əməkdar artist Səmayə İsmayılovanın və Arif Nəbiyevin ifaları və tanınmış aşıqlarımızın yurd həsrətli mahnıları ilə tədbirimiz daha da maraqlı və baxımlı olacağına inanırıq.  Tədbirə giriş hər kəs üçün açıqdır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS