Gündəm 04.10.2019 17:23

Qarabağ Azərbaycandır və nida işarəsi: kampaniya keçiriləcək

Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşiyan başda olmaqla bu ölkənin rəsmiləri Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatlarla çıxış edirlər. Azərbaycan Ermənistanın bu addımlarını “status-kvonu saxlamağa” yönəlmiş “qeyri-konstruktiv” addım kimi qiymətləndirib.

Rakus.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağrış ilə Ermənsitan beynəlxalq hüquq norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətanmaılərini ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışqlar yolu ilə həllinə məsul olan quruma total hörmətsizlik nümayiş edirir:

“Ermənistan baş naziri 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ – Ermənsitanındır və vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi Ermənistanın əsl məqsədinin işğalçılqıdan başqa bir şey olmamasının növbəti açıq ifşasıdır.

“Valday” Beynəlxalq Diskussiya Klubunun oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deyib.

Cənab Prezidentin cıxışına dəstək olaraq Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnalogiyaları Gənclər İctimai Birliyi 2019-cu il oktyabrın 7-dən “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasına start verir.

Kampaniyanın məqəsdi Ermənsitan rəsmilərinin yalan və həqiqəti əks etdirməyən bəyanatlarının ifşasının, o cümlədən Qarabağın Azərbaycana məxsusluğunu sübut edən faktları beynəlxalq ictimaiyyətə bir daha çatdırılmasını təmin etmək üçün gəncləri, gənclər təşkilatlarını, xaricdə təhsil alan və yaşayan azərbaycanlı gəncləri səfərbər etməkdir.

Kampaniya çərçivəsində tarixi sənədlər və faktlar, beynəlxalq qurumların qədbul etdiyi sənədlər, şəkillər və videolar “Facebook” və “Twitter” sosial şəbəkələrində #Karabakh #AllForKarabakh və #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək BMT-nin rəsmi dillərində tvitlər, postlar paylaşılacaqdır”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO