“Qarabağ” bu gün “Molde” ilə qarşılaşır
Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə qarşılaşacaq.
Rakus.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki “AEK Arena”da stadionunda olacaq.
Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.
Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Scran Yovanoviç olacaq.
Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb – 2:1.
“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub – 2:1.
Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.