Müsahibə 28.11.2023 19:14

“Qarabağ klanı erməni cəmiyyətində revanşizm toxumu səpir” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi araşdırmaçı jurnalist Söhbət Məmmədov olub.

O, Qafqazın gələcəyi Ermənistan-Azərbaycan münaqişəsinin həllindən asılı olduğunu, siyasi şərhçilərin, politoloqların dünyanın yenidən bölündüyünü iddia etdiyini deyib.

Onun sözlərinə görə, biz tarixi ədaləti bərpa etmək istəyirik, lakin praqmatik ermənilər öz cəmiyyətlərini Azərbaycanla sülh yaratmağa çağırırlar: “Erməni cəmiyyəti iki hissəyə bölünüb: sülh prosesinin tərəfdarları və revanşizm tərəfdarları. Qarabağ klanı erməni cəmiyyətində revanşizm toxumu səpir. Ermənistan mediası da Qarabağ klanı ilə əlaqəyə girmiş oliqarxlara tabedir”.

Jurnalist 1918-ci ildə Andranikin qoşunlarının nənəsinin Meğri rayonundakı Lök kəndini dağıtdığını vurğulayaraq deyib ki, o dövrdə də qarşıdurma çox sərt və qanlı keçib: “Biz xalqlarımızın tarixinin faciəli səhifəsini çevirməliyik”.

Jurnalist atası, tarixçi alim İsrafil Məmmədovun ilk dəfə İrəvan xanlığında baş verən hadisələrlə bağlı faktları ictimaiyyətə çatdırdığını, professor Sərlan Həsənovun isə Azərbaycan toponimlərinin soyqırımı haqqında yazdığını diqqətə çatdırıb.

S.Məmmədov ermənilərin toponimlərimizin adını “qürurla” dəyişdirdiklərini söyləyərək, Qərbi azərbaycanlıların Vətənə qayıdışı ilə bağlı görülən işlərin doğru olduğunu bildirib: “İnşallah, Qərbi Azərbaycana tanklarla deyil, maşınlarla gedəcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 28-də saat 18:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

«Карабахский клан сеет зёрна реваншизма в армянском обществе» – Хроника Западного Азербайджана

 

Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

 

Как сообщает Rakus.az, журналист-исследователь Сохбет Мамедов был собеседником ведущей Эллады Сарван.

Он заявил, что будущее Кавказа зависит от разрешения армяно-азербайджанского конфликта, а политологи утверждают, что идет передел мира.

По его словам, мы хотим восстановить историческую справедливость, прагматичные армяне призывают свое общество к созданию мира с Азербайджаном. «Сегодня армянское общество разделено на две части: сторонники мирного процесса и сторонники реваншизма. Карабахский клан сеет семена реваншизма в армянском обществе. Армянские СМИ также подчиняются олигархам, которые контактируют с карабахским кланом».

Журналист подчеркнул, что в 1918 году войска Андраника разрушили село Лёк в Мегринском районе, где жила его бабушка и заявил, что конфликт в то время был очень жестоким и кровавым: “Мы должны перевернуть трагическую страницу истории нашего народа”.

Журналист обратил внимание на то, что его отец, ученый-историк Исрафил Мамедов впервые довел до общественности факты о событиях в Иреванском ханстве, а профессор Сарлан Гасанов написал о геноциде азербайджанских топонимов.

С.Мамедов заявил, что армяне «с гордостью» изменили название наших топонимов и отметил, что работа, проделанная в связи с возвращением западных азербайджанцев на родину, правильная: «Дай Бог, мы поедем в Западный Азербайджан не на танках , а на автомобилях».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

Программа вышла 28-го ноября в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO