Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyununun hakimləri müəyyənləşib. Rakus.az xəbər verir ki, UEFA qarşılaşmaya ukraynalı hakimlər briqadasını göndərir.
Oyunu Yevgeni Aranovski idarə edəcək. Ona Semyon Şlonçak və İqor Alyoxin kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Yaroslav Kozik yerinə yetirəcək.
Oyunun hakim-inspektor bosniya və herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə Boris Stankov (Bolqarıstan) olacaq.
Xatırladaq ki, “Qarabağ” – “Sevilya” oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.