“Qarabağ” təlim-məşq toplanışına başladı
Yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək Ağdamın “Qarabağ” futbol klubu təlim-məşq toplanışına başlayıb.
Rakus.az xəbər verir ki, komanda artıq hazırlığın təşkil olunacağı Qəbələdədir. İspaniyalı Xayme Romero və Miçel Maderadan başqa bütün futbolçular təlim-məşq toplanışına cəlb olunublar. İspaniyalı legionerlərin Bakıya qaytarılması istiqamətində də işlərin aparıldığı bildirilir. Yeri gəlmişkən klubun yeni transferləri – Donald Gerye və Emil Balayev də komandaya qoşulublar.
Hazırlıq ərəfəsində komanda üzvləri koronavirus testindən keçiblər. Klubun işçiləri, məşqçilər heyəti və futbolçularda virus aşkarlanmayıb.
“Qarabağ” pandemiya səbəbindən vaxtından əvvəl başa çatdırılan Azərbaycan çempionatının 2019/2020-ci il mövsümünün qalibi elan olunub.