YENİLƏNDİ: “Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - FOTO
Avqustun 13-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunu başa çatıb.
Rakus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətə baxmayaraq, “Qarabağ” avrokuboklarda mübarizəsini davam etdirir. Belə ki, UEFA-nın reqlametinə əsasən “Qarabağ” UEFA Avropa Liqasının play-off mərhələsində yolunu davam etdirəcək. Qurban Qurbanovun yetirmələri UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.
21:17
Avqustun 13-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunun birinci hissəsi başa çatıb.
Rakus.az xəbər verir ki, birinci hissədə Ağdam təmsilçilərin aşkar üstünlüyü olsa da komandamız 1:0 hesabı ilə məğlub olub. Bu hesaba baxmayaraq səfərdə qazanılan 2:1 hesablı qələbə “Qarabağ”ı play-off mərhələsinə vəsiqə qazanmağa imkan verir.
20:31
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunu başlayıb.
Rakus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.
Meydan sahibi APOEL-in heyətində isə meydana Belec, Gentsoğlou, De Vincenti, Suleiman, Matiç, Pavloviç, Vouros,Merkis, N.Loannou, Jakolsš və Mihajloviç çıxıblar.
Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibertdi. Ona Yan Sedel və Lasse Koslovski kömək edirlər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirir. Matçın hakim-inspektoru Yorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviçdi (Bosniya və Herseqovina).
Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.
Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə iki illik müqavilə bağlanılıb.
“Qarabağ” APOEL səddini keçəcəyi halda, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və UEFA Çempionlar Liqanın pley-off mərhələsində“Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) oyununun qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.
Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsə, UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.
18:20
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”-APOEL komandaları arasında avqustun 13-də keçiriləcək qarşılaşma üçün start heyətlər açıqlanıb.
Rakus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.
APOEL-in heyətində isə meydana Belec, Gentsoğlou, De Vincenti, Suleiman, Matiç, Pavloviç, Vouros,Merkis, N.Loannou, Jakolsš və Mihajloviç çıxacaqlar.
Bakı vaxtı ilə saat 20:30-dabaşlayacaq oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibert olacaq. Ona Yan Sedel və Lasse Koslovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Matçın hakim-inspektoruYorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviç (Bosniya və Herseqovina) olacaq.
Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.
Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə iki illik müqavilə bağlanılıb.
“Qarabağ” APOEL səddini keçəcəyi halda, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və UEFA Çempionlar Liqanın pley-off mərhələsində “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) oyununun qalibi ilə qarşılaşacaq.