Gündəm 21.11.2020 17:13

Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, yüzlərlə tarixi abidə zədələnib - FOTO

Mədəniyyət xadimlərinin irsi abidələrinin qorunub saxlanmasında dini ayrı-seçkilik etməsi məni heyrətləndirdi.

Rakus.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov Rusiyanın tanınmış mədəniyyət xadimlərinin Qarabağdakı abidələrin qorunub saxlanılması ilə bağlı UNESCO-ya müraciətini özünün “Facebook” səhifəsində şərh edərkən bildirib.

“Rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri Dağlıq Qarabağ regionundakı xristian mədəni, bədii və memarlıq irsi abidələrinin qorunub saxlanması üçün onların Dünya İrs Siyahısına daxil olunmasını xahiş edirlər. Mədəniyyət xadimlərinin ayrı-seçkilik etməsi məni heyrətləndirdi: Onlar müsəlman abidələrinin təhqir olunmasına və məhv edilməsinə utanıb qızarmadan göz yummaqla açıq-aydın göstərirlər ki, qorunub saxlanması zəruri olan mədəni sərvət yalnız Dağlıq Qarabağdakı xristian məbədləridir”.

Dəmir Muxetdinov  Dağlıq Qarabağın işğal olunmuş ərazilərində separatçı rejimin dövründə onilliklər ərzində 67 məsciddən 63-nün dağıdıldığını, yüzlərlə tarixi və mədəni abidələrin zədələndiyini vurğulayıb.

O, həmçinin Qarabağda onlarla, yüzlərlə müsəlman mədəni abidələrinin dağıdılmasına tam etinasızlıq göstərildiyi halda Alban-udi kilsəsi tərəfindən əslində kimə mənsub olması mübahisə doğuran məbədlərin dağıdıla biləcəyinə eyhamları vicdansızlıq adlandırarıb.

“Hər bir müşahidəçi bu məsələyə obyektiv yanaşarsa, o qeyd etməlidir ki, Azərbaycan multikultural dövlət kimi özünü apararaq bütün dini ənənələrə eyni dərəcədə hörmətlə yanaşır. Bakı – dəfələrlə dünya dini liderlərinin zirvə görüşlərinin paytaxtı olub. Əgər indiki Azərbaycan rəhbərliyi xristianlığa layiqincə münasibət göstərməsəydi patriarx Kirill yəqin ki, Prezident İlham Əliyevlə və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə müntəzəm görüşməzdi”.

Dəmir Muxetdinov bununla belə, Qarabağın tarixi irsinə UNESCO-nun diqqətinin cəlb edilməsi faktının özünü tamamilə düzgün hesab etdiyini vurğulayıb.

“Ümidvaram və inanıram ki, yaxın vaxtlarda 75 illiyini qeyd etmiş bu nüfuzlu beynəlxalq təşkilatın mütəxəssislərinin savadı və mədəniyyəti regionun tarixi irsinin bundan sonra qorunması üçün müvafiq ekspertizaya başlamaq və obyektlərin dini mənsubluğundan asılı olmayaraq obyektiv və qərəzsiz qərarlar qəbul etmək üçün kifayət edəcək”, – deyə RF Müsəlmanlarının Ruhani İdarəsi sədrinin müavini sözlərini yekunlaşdırıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO