“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bilindi
Azərbaycan çempionu “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı potensial rəqiblərin ikisinin adına aydınlıq gəlib.
Rakus.az xəbər verir ki, bunlar UEFA Çempionlar Liqasının II mərhələsində uduzmuş Bolqarıstan çempionu “Ludoqorets” və Albaniya çempionu “Tirana”dır.
Digər doqquz potensial rəqibin adına sentyabrın 24-də UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək görüşlərdən sonra aydınlıq gələcək. Lakin Ermənistanın “Ararat-Armeniya” komandasının bu gün II təsnifat mərhələsində əvvəlcə Lüksemburq, gələn həftə Sloveniya çempionunu məğlub edərsə, “Qarabağ”la düşməyəcəyi dəqiqdir.
Həmçinin Ağdam klubu pley-offda artıq cari mövsüm Çempionlar Liqasında qalib gəldiyi Şimali Makedoniya və Moldova çempionları ilə yenidən qarşılaşa bilər.
“Sarayevo” (Bosniya və Herseqovina) – “Astana” (Qazaxıstan)/“Buduçnost” (Monteneqro)
“Şerif” (Moldova) – “İnter” (Andorra)/“Dandalk” (İrlandiya)
“Ararat-Armeniya” (Ermənistan)/“Fola” (Lüksemburq) – “Selye” (Sloveniya)
“Riqa” (Latviya)/“Tre Fiori” (San Marino) – “Seltik” (Şotlandiya)
“Kuopio” (Finlandiya)/“Slovan” (Slovakiya) – “Suduva” (Litva)
“Leqiya” (Polşa) – “Sileks” (Şimali Makedoniya)/“Drita” (Kosovo)
“Klasksvik” (Farer adaları) – “Kona” (Uels)/“Dinamo” (Tbilisi, Gürcüstan)
“Yurqorden” (İsveç)/“Yuropa” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
“Linfild” (Şimali İrlandiya)/“Floriana” (Malta) – “Flora” (Estoniya)/“Reykyavik” (İslandiya)
Püşkatma mərasimi sabah keçiriləcək.