Gündəm 13.07.2019 10:22

Qarabağın azərbaycanlı icması video müraciət ünvanladı

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” bu dəfə beynəlxalq auditoriyaya Qarabağ atları ilə bağlı video müraciət ünvanlayıb.

Rakus.az xəbər verir ki, ingilis dilində hazırlanan və beynəlxalq təşkilatların sosial şəbəkələrdəki rəsmi hesablarına göndərilən müraciətdə bildirilir ki, Azərbaycanın ən məşhur at cinslərindən olan Qarabağ atları 30 ilə yaxındır Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində min illər boyu yaşadıqları mühitdən didərgin salınıb.

Qarabağ atları barədə qədim yunan tarixçisi Herodotun məşhur “Tarix” əsərində, Kitabi-Dədə Qorqud dastanında, rus rəssamı Vasili Vereşşaqinin qeydlərində yer alan fikirlərin xüsusi olaraq vurğulandığı video çarxda bu atların keçmişindən də bəhs olunur.

“Qarabağ xanı İbrahimxəlil xanın təşəbbüsü ilə ildə iki dəfə Cıdır düzündə Qarabağ atlarının cıdır yarışları keçirilərdi ki, bu yarışlara baxmaq üçün dünyanın müxtəlif yerlərindən səyyahlar, tarixçilər, tacirlər, dövlət xadimləri Şuşaya gələrdilər. Burda həmçinin dünyada məşhur olan Polo oyununa bənzər Azərbaycanın qədim atüstü oyunu olan Çövkən yarışları da keçirilərdi. Məhz bunun nəticəsidir ki, “Qarabağ atı ilə oynanılan Çövkən oyunu 2013-cü ildə UNESCO-nun “Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi”, – məlumatda qeyd olunub.

Video çarxda daha sonra vaxtı ilə bu atların iştirak etdiyi sərgilərdən və Böyük Britaniya kraliçasına hədiyyə edilən Qarabağ atından bəhs olunur: “XIX əsrin ortalarından başlayaraq Qarabağ atları ümumdünya at sərgilərində iştirak edirdilər. 1866-cı, 1869-cu, 1872-ci illərdə Moskvada, 1867-ci ildə isə Parisdə keçirilən sərgilərdə Qarabağ atları xüsusi mükafatlara layiq görülüblər. 1956-cı ildə isə Qarabağ atlarının tarixində önəmli hadisə baş verib. Kraliça II Yelizavetaya “Zaman” adlı Qarabağ atı hədiyyə edilib. Bununla da Qarabağ atlarının Avropada məşhurluq dövrü başlayıb. Məhz bu hadisədən sonra Qarabağ atları bir çox avropalı tədqiqatçıların diqqətini özünə çəkib”.

Video çarxda Qarabağ atlarının xüsusiyyətləri haqda da məlumat verilir.  Qeyd edilir ki, çaparaq yerişi, çevikliyi, qızılı rəngi, ayağında və alnında mil şəkilli qaşqası ilə tanınan Qarabağ atları digər at cinslərindən fərqli olaraq öz sahiblərinə daha çox sadiq olurlar: “Bu atlar heç vaxtı döyüş meydanında yaralı sahibini atıb getməyib. Qarabağ atını digər at cinslərindən fərqləndirən başlıca xüsusiyyət isə bu atların qapalı şəraitdə yaşamağı sevməməsidir. Qarabağ atları əsrlər boyu Roma, Ərəb, Monqol, İran atları ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da öz spesifikliyini qoruyub saxlayıb”.

Video çarxın müraciət bölümündə isə bildirilir ki, bu gün Qarabağ atlarının yetişdirilməsi üçün Azərbaycan dövləti müxtəlif proqramlar həyata keçirir: “Təəssüflər olsun ki, min illər boyu Qafqazın Şərq ətəyində yetişdirilən Qarabağ atları indi nə Qarabağın suyundan içə, nə də onun səfalı təbiətində gəzə bilirlər. Ümid edirik ki, münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək. Biz öz yurdumuzda yenidən məşhur Qarabağ atlarını yetişdirəcəyik. Cıdır düzü isə yenidən at yarışlarının keçiriləcəyi ən möhtəşəm yarış meydanı olacaq”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS