“Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bilinib.
Rakus.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə, “Qarabağ”ın qrupdakı rəqibləri “Vilyareal” (İspaniya), “Makkabi” (Təl Əviv, İsrail) və “Sivasspor” (Türkiyə) olub.
Qrup mərhələsinə 22 oktyabrda start veriləcək. Komandamız ilk oyununu “Vilyareal”a qarşı keçirəcək. “Qarabağ” qrupda son matçına dekabrın 10-da çıxacaq.