Siyasi 23.06.2019 08:39

Qarabağla bağlı Bosniya və Hersoqovinada rəsmi görüşlərə start verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) icra etdiyi “Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində Bosniya və Hersoqovinada rəsmi görüşlərə başlayıb.

Rakus.az xəbər verir ki, təşkilatdan verilən məlumata görə, ADTGT rəhbərliyi səfər zamanı ilk olaraq Bosniya və Hersoqovinanın qurucu prezidenti mərhum Aliyə İzzetbeqoviçin muzeyi ilə tanış olub, onun keçdiyi həyat və mübarizə yoluna nəzər salıblar. Muzeydə sabiq prezidentin nəvəsi ilə də qarşılıqlı fakir mübadiləsi aparılıb.

Sonra Sarayevo Böyük Şəhər Bələdiyyəsində bələdiyyə başçısının müavini və digər rəhbər şəxslərin iştirakı ilə iki ölkə və paytaxtlar arasında mədəni-hümanitar əlaqələrin genişləndirilməsini geniş müzakirə edilib.

Təşkilatın sədri Asif Əsgərli şəhər rəhbərliyinə burada nəzərdə tutulan Dağlıq Qarabağ mövzsusunda keçiriləcək beynəlxalq konfrans haqında məlumat verib.

Daha sonra Bosniya və Hersoqavina federal parlamentində millət vəkili – Boşnak qrupunun rəhbəri Jasmin Dubvnjakla səmərəli və əhatəli görüş olub. Millət vəkili Azərbaycana böyük sevgi və maraqlarının olduğunu diqqətə çadırıb. O, 2013-cü ildə ölkəsində Xocalının soyqırımının tanınmasında yaxından iştirak etdiyini və Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayıb.

O, təşkilatın parlamentdə keçiriləcək konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, uğurlar arzu edib. Yaxın zamanlarda Azərbaycana rəsmi səfər edəcəyini diqqətə çatdırıb.

Günün son görüşü Bosniya və Hersoqavina Həmkarlar İttifaqı Konfederasiyasının binasında baş tutub. Burada azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarının qeyd edən Konfederasiya rəhbərliyi yaxın gələcəkdə bu sahədə konkret addımlar atacaqlarını bildiriblər.

Xatırladaq ki, səfər çərçivəsində keçirilən görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, həqiqətlər, beynəlxalq səviyyədə aparılan danışıqlar, Azərbaycanın ərazi bütövlüyü, ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi və ikitərəfli münasibətlər mövzusunda məlumatlar veriləcək.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS