Siyasi 04.02.2020 10:58

Qaradağda seçkilərlə bağlı toplantı keçirildi - FOTO

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatında ilk partiya təşkilatlarının sədrləri və gənclərin iştirakı ilə toplantı keçirilib.

Rakus.az xəbər verir ki, Partiyanın rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək fevralın 9-da keçiriləcək növbənənkənar parlament seçkiləri ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, 11 saylı Qaradağ seçki dairəsi və 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülən nümayəndələrlə seçicilərin görüşləri mütəmadi olaraq keçirilir. Artıq bütün qəsəbələrdə belə görüşlər təşkil edilib, partiyamızın seçki platformasını əks etdirən bülletenlər seçicilərə paylanılıb və bu proseslər indi də davam etməkdədir. Qərargahda könüllülərdən ibarət formalaşan qruplar tərəfindən seçicilərə seçkilər barədə məlumatlar verilir.

YAP-ın seçki platforması barədə məlumat verən təşkilatın sədri bildirib ki, vətəndaşların hüquq və azadlıqlarının qorunması partiyamızın həmişə prioritet vəzifələrindən olacaq, ölkəmizin iqtisadiyyatının hərtərəfili inkişafı üçün sahibkarlara dəstək siyasəti davam etdiriləcək, insanların sosial rifahının yaxşılaşdırılması siyasəti davam etdiriləcək, əmək haqqları, pensiyalar və müavinətlər müntəzəm olaraq artlrılacaq, təhsilin səviyyəsinin artırılması üçün davamlı addımlar atılacaq. Bütün bunlarla yanaşı ölkəmizin dinamik inkişafı naminə həyata keçirilən tədbirlər davam etdiriləcək və daha güclü Azərbaycan naminə devizimizi konkret işimizlə təsdiqləyəcəyik.

Qeyd olundu ki, xalqımızın bütün istək və arzularını uğurlu fəaliyyəti ilə döruldan partiyamız xalqa xidmət siyasəti ilə seçilir və seçicilər tərəfindən yekdilliklə dəstəklənir. Növbəti seçkilərdə də seçicilərin dəstəyini alacağımıza əminik. Çünki Azərbaycanın durmadan inkişafı partiyamızın ilk sədri, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və bu siyasəti reallığa çevirən Respublika Prezidenti İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə vəhdət təşkil edir.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS