Maraqlı 03.04.2024 22:10

“Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı?” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin vandal xislətinin üzə çıxdığı, hayların bəd əməllərinin qurabnı olan Qarakilsə rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı? adlı süjetdə ermənilər və havadarları illər boyu Qərbi azərbaycanlıları öz yurdlarından qovub onları Ermənistan vətəndaşlığından məhrum etməsindən, türk dilində olan coğrafi adları erməniləşdirməsindən bəhs olunur.

Bildirilir ki, Zəngəzur mahalının ən böyük rayonu olan Qarakilsə rayonu coğrafi vəziyyətinə görə Gorus, Qafan rayonları, Dərələyəz mahalı və Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. Qarakilsə adı bu ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranıb. Qarakilsə rayonu ərazisindəki eramızdan əvvəl V–II minilliklərə aid tikili qalıqları, karvansara, türbə, qayaüstü təsvirlər, yazılar, saray, qala və məbədlərin adları bu ərazilərin ən qədim dövrlərdən bəri türk-oğuz boylarının ana yurdu olmasının danılmaz sübutudur.

Qeyd olunur ki, 1813-cü ildə Rusiya-İran arasında bağlanılan Gülüstan müqaviləsinə əsasən Zəngəzur, həm də Qarakilsə rayonu ərazisi Rusiyanın tərkibinə verilib. 1822-1830-cu illərdə İranın Xoy, Salmas və başqa qəzalarından çox sayda erməni Qarakilsə rayonu ərazisində məskunlaşdırılıb. Qarakilsə inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb. Qafan, Gorus və Naxçıvan arasında dəmir yolu ilə gətirilən malların çatdırılmasında körpü rolunu oynayan Qarakilsə adı 1940-cı il martın 2-də dəyişdirilib Sisavan, sonradan Sisian adlandırılıb: “Sisian toponimi də müxtəlif mərhələlərdə Sisakan, Sisqan, Sisəcan, Syuni kimi fonetik formalarda işlənib. “Sis” qədim türk dilində, indiki Yakut dilində olduğu kimi, “dağüstü meşəli kənd”, “yaşayış yeri” deməkdir. Sak isə məlum türk tayfalarının adıdır”.

Diqqətə çatdırılır ki, XX əsrin əvvəllərində bu rayonda 76 yaşayış məntəqəsinin 58-də azərbaycanlılar yaşayıb. XX əsrin II yarısından bu göstərici kəskin şəkildə azalıb, nəticədə azərbaycanlıların sonuncu deportasiyasına, yəni 1988-ci ilədək mövcud 38 yaşayış məntəqəsinin 11-i azərbaycanlılara məxsus olub. Ermənilər yerdə qalan yaşayış məntəqələrini ələ keçirib, 38 kəndi isə xarabalığa çevriblər. 1988-ci ildə azərbaycanlılar bir həftə ərzində yaşadıqları məntəqələrdən məcburən qovulublar. Bundan sonra rayon üzrə 20 tarixi yer adları dəyişdirilib və 1995-ci ildə Sisian, Qafan, Meğri, Gorus rayonları ləğv edilib və mərkəzi Sisian şəhəri olan Sünik mərzliyi yaradılıb.

Sonda vurğulanır ki, tarixən Qərbi Azərbaycanın ən strateji məkanı olan Qarakilsə rayonunun da erməni vəhşiliyinin qurbanına çevrilməsi danılmaz faktdır: “Lakin əminik ki, zaman-zaman acı nəticələrlə üzləşən bu türk-oğuz yurdu Ana torpağın ləyaqətli övladlarının qayıdışı ilə sahibinə qovuşaqcaq, tarixi, coğrafi və etnik reallıq bərpa olunacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında aprelin 3-də  saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS