Maraqlı 08.06.2024 22:27

Qaraqoyunlu əmirinin məskən saldığı Əmirxeyir kəndi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Əmirxeyirə 2000 əvvəl saxsı borularla su çəkilib” adlı bugünkü buraxılış Qaraqoyunlu dərəsi, Çəmbərək (Krasnoselsk) rayonu ərazisində yerləşən Əmirxeyir kəndinin tarixi, irsi, etno-mədəniyyəti, xalçaçılığı, toponimləri araşdırılıb.

Bildirilir ki, Əmirxeyir kəndinin adı 1991-ci ildə dəyişdirilərək Kalavan qoyulub və Çəmbərək rayonu mərkəzindən 33 kilometr məsafədə yerləşir. Kəndin adı Əmir şəxs adından və türk dillərində kair “vadinin suvarılan hissəsi” sözlərindən ibarətdir.

Əmirxeyir kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olub. 1920-ci ildə Ermənistanda sovet hökuməti qurulduqdan sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə 20-ə yaxın kənd Ermənistanın tərkibində qalıb. Ermənistana verilmiş torpaqlarda Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil (Dilican) rayonları yaradılıb. Əmirxeyir kəndinin 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulub.

Süjetdə Qaraqoyunlu əmirinin kairi şərəfinə adlanan Əmirxeyirə 2 min əvvəl saxsı borularla su çəkilməsi, Xətainin ordusunun düşərgə yeri olan Şahmeydan ilə bağlı maraqlı məlumatlar verilir, Qaçaq Kərəmin əsgərini sağaltdığına görə həbs edilməsinə, Qaçaq Kərəmin loğmanının həbsxanadan hansı yolla çıxmasına, loğmanın qızıl balıqla əlilliyi sağaltmasına aydınlıq gətirilir. Həmçinin məşhur Qaraqoyunlu xalçalarını ermənilərin oğurlayıb “İcevan” adı ilə təqdim etmələrindən, 1937-ci ildə Əmirxeyir kəndinin ən görkəmli şəxslərinin repressiya olunmasından bəhs olunur.

Buraxılışda Əmirxeyirin 76 yaşlı tanınmış alimi göz yaşına qərq olaraq danışması, kənd əhalisinin yenidən doğma yurda qayıdış istəyi də diqqət çəkir.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 8-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Sosial / 08.06.2024 22:27
Qaraqoyunlu əmirinin məskən saldığı Əmirxeyir kəndi - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 07.06.2024 17:48
Türkdilli dövlətlərin yazarları ilə yaddaqalan görüş - FOTO
Təhlil / 07.06.2024 16:27
Ermənistanda təhdid edilən təhlükəsizlik – TƏHLİL
Siyasi, Təhlil / 06.06.2024 22:47
Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilər müəyyənləşib - FOTO - VİDEO
Təhlil / 06.06.2024 12:38
İrəvanda Zəngəzur dəhlizi və Göyçənin təhvil verilməsi müzakirə edilir – ANONS
Mədəni, Sosial / 05.06.2024 22:35
“Göyçənin təbiəti Dədə Ələsgər kimi böyük şəxsiyyət yetişdirdi” - FOTO - VİDEO
Təhlil / 05.06.2024 15:51
Mirzə Cəlilə rəhmət oxutduran Baqrat – yada düşən Şeyx Nəsrullah – TƏHLİL
Maraqlı, Sosial / 05.06.2024 14:28
“Göyçədə qara zurnanın səsinə at oynayırdı” – Xətai Ələsgərlinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Elm və təhsil / 04.06.2024 22:32
“Alban hökmdarları “Xaqan” adlanırdı, Sovet tarixçiləri “çar” sözü ilə əvəzləyib ” - FOTO - VİDEO
Müsahibə, Siyasi / 04.06.2024 19:07
“Beynəlxalq cəmiyyət “erməni mifinə” inanmağı dayandırıb” - FOTO - VİDEO
Mətbuat, Siyasi / 04.06.2024 17:45
“Məhərrəmin son mənzilinə uzanan cığırları heç vaxt ot basmayacaq” - FOTO
Gündəm, Mətbuat / 04.06.2024 00:03
Şəhid jurnalistlərin Kəlbəcərdə minaya düşməsindən 3 il ötür
Müsahibə / 03.06.2024 22:53
“Qərbi azərbaycanlılar tarixi torpaqlarımız uğrunda mübarizəni nəsildən-nəsilə ötürüblər” - FOTO - VİDEO
Sosial / 03.06.2024 13:06
Şəhid Niyazi Əsgərovun qəhrəmanlıq nümunəsi - FOTO
Mədəni / 01.06.2024 22:52
Qərbi Azərbaycan aşıq yaradıcılığı güneydə bu gündə yaşadılır - FOTO - VİDEO
Maraqlı, Sosial / 01.06.2024 12:00
“Global Media Group”un uşaqlarla bağlı “1 İyun” layihəsi - VİDEO
Elm və təhsil, Sosial / 01.06.2024 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Maraqlı, Sosial / 31.05.2024 22:16
“Erməni nazir dedi ki, yaxşı işi sizə yox, öz ermənilərimə verərəm” - FOTO - VİDEO
Təhlil / 31.05.2024 16:33
İŞİD-dən sonra Suriya – ABŞ, Rusiya və İranın PKK layihəsi – TƏHLİL
Elm və təhsil / 31.05.2024 13:56
Məhəbbətdən doğan şeir – “Böyük öndər”
Elm və təhsil, Sosial / 31.05.2024 12:39
“90 yaşım var, İrəvanı mütləq qarış-qarış gəzəcəm” – Rəfiqə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS
Siyasi / 30.05.2024 22:18
“Sameqrelo Respublikası”na erməni diasporu və millətçiləri dəstək verib - FOTO - VİDEO
Elm və təhsil / 30.05.2024 17:15
Şəhid jurnalistin 4-cü sinfi bitirən övladı: “Mənə atamın ətrindən vur ki…” - FOTO
Siyasi / 30.05.2024 15:35
Avropa Parlamentində qalmaqal – Xilas üçün “Change” formulu – TƏHLİL
Siyasi / 29.05.2024 21:28
Ərazisi Araqatsotn mərzliyinə verilərək izi itirilən Talin - FOTO - VİDEO
Siyasi, Təhlil / 29.05.2024 14:09
Prezidentin Xocalıdan Ermənistana və canilərə ismarışı – TƏHLİL