Gündəm 29.03.2023 19:42

Qardaşının ermənilərdən xilas olduğunu heç vaxt bilmədi - FOTO - VİDEO

Baku Tv-nin efirində Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı yayımlanıb.

Bugünkü buraxılış Qərbi Azərbaycan İcmasının sözçüsü, jurnalist-araşdırmaçı Ülviyyə Zülfüqarın həyat hekayəsinə həsr olunub.

O, həyatında Qərbi Azərbaycan mövzusunun böyük anlam daşıdığını,  Şəmkir rayonunda doğulub boya-başa çatsa da soy kökünün İrəvanla bağlı olduğunu bildirib, daşnaklar tərəfindən ata babasının ailəsinin başına gətirilən müsibətlərdən söz açıb.

Ü.Zülfüqar ermənilərin toponimlərimizi dəyişdirdiyini faktlarla əsaslandırıb, Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışb, Qayıdış Konsepsiyasının hüquqi sənəd kimi beynəlxalq təşkilatlarda yayıldığını xatırladıb.

Sözçü Qərbi Azərbaycandan deportasiya olunmuş  soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmasının zəruri şərt olduğunu diqqətə çatdırıb: “Nəinki 1988-1991-ci illərdə deportasiya olunan soydaşlarımız, hətta onların varisləri, yəni mənim kimi, ikinci, üçüncü nəsil varislər də geri qayıtmaq istəyirlər”.

 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qeyd: Ülviyyə Zülfüqarın “Həyat hekayəsi” martın 29-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Video müsahibə / 30.03.2023 01:09
Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası - VİDEO
Gündəm, Hadisə / 29.03.2023 19:42
Qardaşının ermənilərdən xilas olduğunu heç vaxt bilmədi - FOTO - VİDEO
Siyasi, Sosial / 29.03.2023 15:07
Qərbi Azərbaycan Xronikası – ANONS
Gündəm, Siyasi / 28.03.2023 10:00
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası BMT-də rəsmi sənəd kimi yayılıb
Maraqlı, Mədəni, Video müsahibə / 22.03.2023 12:45
Qərbi Azərbaycan Xronikası: “Novruzun gəlişi ermənilərdə vahimə yaradırdı” - VİDEO
Maraqlı, Mətbuat / 21.03.2023 11:11
“Bir ömür yaşadın bu dünya üstə…”
Gündəm, Mədəni, Video müsahibə / 20.03.2023 21:10
Novruz tonqalı Qərbi Azərbaycanda yenə alovlanacaq – XRONİKA - FOTO - VİDEO
Hadisə, Mədəni / 20.03.2023 12:31
Qoşqar Vəli yazır: “Novruz astronomik hadisəyə əsaslanan bayramdır” - FOTO
Mədəni / 20.03.2023 09:09
Azərbaycanda Novruz bayramı qeyd olunur
Səhiyyə / 16.03.2023 10:31
Azərbaycanlı alimin Almaniyada yeni elmi tədqiqatı, növbəti beynəlxalq uğuru
Elm və təhsil, Mətbuat / 16.03.2023 09:19
Deyinən qocanın “yalanlar məmləkəti”ndə ədalət axtarışı…
Gündəm, Siyasi / 15.03.2023 10:09
Hors faciəsi – kənd camaatını anbara yığıb neftlə yandırıblar - FOTO - VİDEO
Gündəm, Hadisə, Mətbuat / 14.03.2023 21:50
Ermənilər azərbaycanlıların pulu ilə silahlanırdı: Qərbi Azərbaycan xronikası - VİDEO
Gündəm, Siyasi / 14.03.2023 18:31
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Mədəni / 14.03.2023 11:14
Azərbaycanda İlaxır-Torpaq çərşənbəsi qeyd olunur
Siyasi / 08.03.2023 23:08
Ermənistanın əməl etmədiyi şərt – Qərbi Azərbaycan xronikası - VİDEO
Gündəm, Müsahibə / 08.03.2023 22:54
Paytaxt İrəvan yox, Gümrü olacaqdı – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Müsahibə, Siyasi / 08.03.2023 15:46
Qərbi Azərbaycan Xronikası: İrəvanın paytaxt olması üçün Türkiyəyə təzyiq edilib– ANONS - VİDEO
Mədəni / 07.03.2023 11:31
Qoşqar Vəli yazır: “Yel – su, torpaq və odun hərəkətverici qüvvəsidir”
Gündəm, Mətbuat / 06.03.2023 13:42
Pakistan mediasında ulu öndər Heydər Əliyev ilə bağlı məqalə dərc olunub - FOTO
Gündəm, Siyasi / 03.03.2023 17:07
Nikol Paşinyana sərt cavab: “Etnik təmizləmə insanlıq əleyhinə cinayətdir”
Gündəm, Siyasi / 03.03.2023 14:45
“Dağları aşarkən: Qərbi Azərbaycana qayıdış” – İCTİMAİ DİNLƏMƏ
Müsahibə, Siyasi / 02.03.2023 09:47
“Əlinizə düşən müsəlmanı öldürün” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Sosial / 01.03.2023 22:10
Qərbi Azərbaycanlıları son anda xilas edən möcüzə - VİDEO
Gündəm, Siyasi / 01.03.2023 19:21
Qərbi Azərbaycan Xronikası: 91 yaşlı sakin Göyçəyə ayaqyalın getmək istəyir – ANONS - VİDEO
Mətbuat / 01.03.2023 11:06
Media.az 5 illiyini qeyd edir