Siyasi 27.11.2020 21:40

Qazaxın 7 kəndi qaytarılacaq – RƏSMİ - FOTO

“Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda böyük tarixi Qələbə ilə hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsini hələ uzun illər xatırlayacaq. “Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında igid, mərd, qəhrəman oğullarımızın göstərdikləri şücaətlər, qəhrəmanlıqlar hələ uzun müddət dillərə dastan olacaq. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti, şanlı Azərbaycan Ordusunun qüdrəti, şəhidlərimizin, yaralı hərbçilərimizin qanı bahasına əldə etdiyimiz tarixi Qələbə, böyük Zəfər bizə mənliyimizi, kimliyimizi qaytarmaqla yanaşı, Azərbaycan dövlətinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. 30 ilin həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Azərbaycanın dilbər guşələri olan rayonlarımız düşmən tapdağından azad edildi. Biz əminik ki, Qazaxın düşmən tapdağı altında olan yeddi kəndi – Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də tezliklə işğaldan azad olunacaq və digər soydaşlarımız kimi biz də öz doğma yurd-yuvamıza qayıdacağıq”.

Rakus.az xəbər verir ki, bu gün bu fikirlər Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan sakinlərlə keçirilən görüşdə səslənib.

Qələbə sevincini işğal altında olan kəndlərin sakinləri ilə bir daha bölüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qarabağın azad olunması münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb.

İcra başçısı 10 noyabrda imzalanmış Bəyanatda da qeyd edildiyi kimi Qazaxın işğal altında olan yeddi kəndinin də mütləq azad olunacağını bildirib. Kəndlərimizin azad olunması ilə bağlı heç bir narahatlığın olmadığını, işğaldan azad olunan torpaqlarımızda olduğu kimi, Qazaxın həmin kəndlərində də yaxın bir zamanda üçrəngli bayrağımızın dalğalanacağını qeyd edib.

İcra başçısı bir daha bu şanlı zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə isə şəfa diləyib. Ali Baş Komandana, ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə bir daha sonsuz minnətdarlığını çatdırıb.

 

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO