Siyasi 07.05.2020 11:20

Qazaxıstan Azərbaycan qayığı ilə bağlı AÇIQLAMA verdi

Xəzər dənizində Azərbaycan vətəndaşları ilə bağlı insidentə dair Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin (QR MTK SX) məlumatına görə, 30 aprel 2020-ci il gecə saat 3:55-də (Nur-Sultan vaxtı ilə) Rakuşeçnıy burnundan 30 mil aralıqda Xəzər dənizində qazaxıstanlı sərhədçilər tərəfindən içində dörd Azərbaycan vətəndaşı olan “bayda” tipli kiçik ölçülü qayıq saxlanılıb. 

Rakus.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, saxlanılan qayıq Qazaxıstan Respublikasının ərazi sularında aşkar olunub. Sərhəd mühafizə katerin ekipajının beynəlxalq dəniz qanunvericiliyi ilə nəzərdə tutulan “dayan” əmrlərinə baxmayaraq, dövlət sərhəd pozucuları buna reaksiya verməyiblər və yüksək sürətlə sərhəd mühafizə kateri önündə təhlükəli manevrlər edərək, toqquşma təhlükəsi yaradıblar.

Pozucuların təqibi 1 saat 40 dəqiqə çəkib və bu müddət ərzində qayığın məcburi dayanması üçün “Qazaxıstan Respublikasının Dövlət Sərhədi haqqında” Qazaxıstan Respublikasının Qanunun tələblərinə ciddi riayət olunmaqla, sərhədçilər tərəfindən silahdan istifadə olunub. Beləliklə, odlu silahdan havaya 25 xəbərdarlıq, 87 qayığın getdiyi istiqamətə və 185 pozucuların mühərrikinə tuşlanan atəş açılıb.

Silahdan istifadə edilməsi zamanı üç pozucu yaralanıb. Saxlanma zamanı yaralananlara dərhal ilkin tibbi yardım göstərilib. Görülən tədbirlərə baxmayaraq, sahilə çatdıqda təcili tibbi yardım həkimləri saxlanılanların birinin ölüm faktını qeydə alıb.

Hazırda saxlanılanlarla bağlı Qazaxıstan Respublikasının aidiyyəti orqanları tərəfindən Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 392-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, dövlət sərhədinin pozulması faktı ilə bağlı araşdırma tədbirləri görülür.

Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti bildirir ki, 2017-ci ildə saxlanılan dörd brakonyerdən üçü eyni qanun pozuntusuna görə Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq altı ay müddətinə azadlıqdan məhrum edilib.

Qazaxıstan tərəfi həlak olan Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verir. Bu gün səhər saatlarında mərhumun nəşi Azərbaycan tərəfinə verilib.

İnsidentlə bağlı tam məlumat Azərbaycan tərəfinə çatdırılıb.

Qazaxıstan tərəfi Azərbaycan vətəndaşları tərəfindən Qazaxıstan Respublikasının dövlət sərhədinin pozulması faktlarının çoxalması ilə bağlı narahatlığını bildirir. 2017-ci ildən bu günə qədər 41 Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb, onlardan 33-ü Qazaxıstan Respublikasının dövlət sərhədini pozduğuna görə məhkum olunub.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO