Hərbi 22.11.2025 23:47

Qədim Azərbaycanın hərbi gücü - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, buraxılışda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov  tunç dövrünün möhtəşəm hərb memarlığı, qədim Azərbaycan döyüşçüsünün müdafiə texnologiyası, Zəngəzur və Naxçıvan qalalarının gizli hərbi rolu  və s. mövzulardan danışıb.

O, Zəngəzurun qala sistemi, qədim Azərbaycan sivilizasiyasının Naxçıvanda tapılan qalxan fraqmentləri, Oğlanqala divarlarının tikinti sirri, şimal sivilizasiyasını qoruyan qalalarla bağlı maraqlı faktlar açıqlayıb.

S.Əhmədov qədim Azərbaycanın hərbi gücü, Amerika arxeoloqlarını heyran edən və Azərbaycanın gücünü göstərən Naxçıvanın qədim qalalar, hərbi əşyalar, həmçinin tunc dövründə hərb elminin necə qurulmasına aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 22-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO
Mədəni, Sosial / 19.11.2025 23:04
Anavəngin daşları gerçəyi danışır: kimlik savaşı - VİDEO
Sosial / 19.11.2025 18:25
Hümbət Hüseynov AQBMA-nın sədri seçilib
Sosial / 19.11.2025 14:35
Ermənilər Anavəngdə türk adlarını silə bilmir – ANONS - VİDEO
Sosial / 19.11.2025 11:24
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
Siyasi, Sosial / 18.11.2025 23:27
Balakənd, Bala Məzrə, Bala tüklü təpə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 18.11.2025 19:18
“Ermənistanın cəmiyyətə sülh gündəliyinin işlədiyini nümayiş etdirməsi vacibdir” - FOTO - VİDEO
Sosial / 18.11.2025 14:19
Qədim oğuz qəbiristanlığını yaşadan kənd – ANONS - VİDEO
Mətbuat / 18.11.2025 14:05
Astanada əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Siyasi / 18.11.2025 13:22
“Ermənistanla sərhədlər açılacaq” – ANONS - FOTO
Siyasi, Video müsahibə / 17.11.2025 22:34
“Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir” - VİDEO
Gündəm / 17.11.2025 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - VİDEO
Hərbi / 15.11.2025 23:15
Azərbaycanda silah istehsalının erkən mərhələləri - VİDEO
Siyasi, Sosial / 14.11.2025 23:46
“Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 14.11.2025 14:22
Uşaqlıqda adını qayalara yazan Elmar Əliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 13.11.2025 23:53
“Sevan” gölü tezliklə Göyçə olacaq və azərbaycanlılar geri qayıdacaqlar” - VİDEO
İdman / 13.11.2025 17:38
Telekanal və saytların 4-cü Xatirə Turniri ilə bağlı SÜJETLƏRİ - VİDEO
Siyasi / 13.11.2025 14:47
“Ermənilərin iddiası: “Azərçay” içəcəyik” – ANONS - VİDEO
Elm və təhsil / 12.11.2025 23:39
“Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb” - VİDEO
Elm və təhsil / 12.11.2025 14:37
Tarixdən silinən həqiqətlər – ANONS - VİDEO
İdman / 12.11.2025 09:22
Minifutbol Turnirinin FİNAL oyunu – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2025 01:02
Azərbaycanda Konstitusiya Günü qeyd olunur