“Qərar hər kəs üçün keçərlidir” – TƏBİB - VİDEO
Yoluxmaların artımının qarşısının alınması üçün monitorinqlər aparılır. Təəssüf ki, toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı neqativ məqamlar aşkarlanır.
Rakus.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, Nazirlər Kabinetinin qərarı hər kəs üçün keçərlidir:
“Biz hər birimiz bu qərara riayət etməliyik ki, yoluxma sayı aşağı düşsün. Təəssüf ki, dediyiniz məqamlar mövcuddur və sizin də dediyiniz kimi, aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.
Biz, sadəcə olaraq, vətəndaşlarımızı yeni qaydalarla yaşamağa öyrəşməyi və həm özlərini, həm də ətrafındakıları virusdan qorumağa səsləyirik”.
Son günlər bir sıra vəzifəli şəxslərin ailələrində toy mərasimləri xəbərləri yayılır.