Mətbuat 17.11.2023 16:20

“Qərb Rusiyanı Ermənistandan çıxarmağa köklənib” – Fuad Hüseynəliyev

“ABŞ Rusiyanın Cənubi Qafqaz regionunda təsirini zəiflətmək məqsədilə Qərb ölkələrinin başlatdığı anti-Azərbaycan ritorikasını davam etdirir”.

Rakus.az xəbər verir ki, bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında deyib.

“Vaşinqton bu gün Qərb ölkələrinin Azərbaycana qarşı yönəlmiş ritorikasını davam etdirir. Biz bunu Fransadan gördük, sonra Avropa İttifaqı da buna qoşuldu, indi də ABŞ başlayıb. Qərb Rusiyanı birmənalı şəkildə Ermənistandan və bütövlükdə regiondan çıxarmağa köklənib”, – o bildirib.

F.Hüseynəliyev qeyd edib ki, Qərb ölkələri bu hədəfə çatmaq üçün bitmiş Qarabağ münaqişəsi ətrafındakı vəziyyətdən istifadə edirlər: “Onlar Rusiyanı Ermənistana xəyanət etməkdə, dəstəkləməməkdə ittiham edirlər. Ermənistanı necə dəstəkləmək olar? Axı Azərbaycan bütün addımları öz suveren ərazisində, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində atıb. Ölkəmizin suverenliyi bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb”.

Agentlik rəhbəri hesab edir ki, son vaxtlar ABŞ rəsmilərinin açıqlamalarında yer alan ziddiyyətlərə diqqət yetirilməlidir: “Məsələn, Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin dünənki bəyanatı Azərbaycanı demək olar ki, bütün ölümcül günahlarda ittiham edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın əvvəlki bəyanatları ilə üst-üstə düşmür. Bu, onlar arasında kommunikasiyaların olmamasından xəbər verir”.

Onun sözlərinə görə, ABŞ rəsmi Bakının müxtəlif vacib məsələlərdə uzun illər qarşılıqlı əməkdaşlığını və dəstəyini unudaraq Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla qarşıdurma yolunu seçib: “Azərbaycan ABŞ-nin Əfqanıstanda əməliyyatlar apardığı baza ölkələrindən biri olub. Bundan başqa, Bakı beynəlxalq səviyyədə Əfqanıstan, İraq və digər ölkələrdə həyata keçirilən əməliyyatları həmişə dəstəkləyib”.

F.Hüseynəliyev vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa köklənmiş ölkələrlə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır.

XƏBƏR LENTİ
Dünya, Təhlil / 17.11.2023 16:39
Doqquz sentə dəyməyən “907-ci düzəliş” – TƏHLİL
Mətbuat, Siyasi / 17.11.2023 16:20
“Qərb Rusiyanı Ermənistandan çıxarmağa köklənib” – Fuad Hüseynəliyev
Maraqlı, Sosial / 17.11.2023 13:25
“Ermənilər işıqları söndürür, insanları qorxudurdular” – Elzadə Süleymanovanın “Həyat Hekayəsi” – ANONS
Gündəm / 17.11.2023 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İqtisadi, Sosial / 16.11.2023 20:15
İrəvan azərbaycanlılara qarşı “gizli silahı” işə saldı - FOTO - VİDEO
İqtisadi, Siyasi / 16.11.2023 14:36
Ermənistanın Qərbi Azərbaycanda “gizli silahı” – ANONS - VİDEO
Maraqlı, Siyasi / 15.11.2023 19:54
Yunanlar Allahverdi rayonuna nə üçün gəlmişdilər? - FOTO - VİDEO
Hadisə, Sosial / 15.11.2023 13:17
“Allahverdi rayonu – Daşların yaddaşına yazılmış tarix” – ANONS
Hadisə, Siyasi / 14.11.2023 20:04
Erməni tarixçi İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etdi - FOTO - VİDEO
Gündəm, Müsahibə, Video müsahibə / 14.11.2023 18:50
“Ermənilər bu əraziyə “Əraməni” demək üçün Abbasilərə rüşvət təklif ediblər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni, Siyasi / 14.11.2023 13:22
İrəvanın gerçək tarixi – azərbaycanlıların silinməz izi – ANONS - VİDEO
Müsahibə / 13.11.2023 20:36
“Aşağı Şorca tarixən Azərbaycan türklərinin qədim yurd yeri olub” – MÜSAHİBƏ - VİDEO
Dünya, Təhlil / 13.11.2023 16:22
İranın sınaqdan çıxmayan vasitəçiliyi – yeni anti-Azərbaycan kampaniyası – TƏHLİL - FOTO
Gündəm / 12.11.2023 00:03
Bu gün Konstitusiya Günüdür
Siyasi, Təhlil / 09.11.2023 20:05
Ermənistanda türklərə qarşı vuruşanların abidələri uçurdulur - FOTO
Mətbuat / 09.11.2023 12:24
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Futbol Turniri MƏTBUATDA
Gündəm / 09.11.2023 00:41
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür - FOTO - VİDEO
Gündəm, Hərbi / 08.11.2023 20:15
“Bu Zəfər Qərbi azərbaycanlıların doğma Vətənə qayıdışına yol açır” - FOTO - VİDEO
Gündəm / 08.11.2023 00:02
Bu gün Şuşa Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür
Gündəm / 08.11.2023 00:01
Azərbaycanda Zəfər Günü qeyd olunur - FOTO
Gündəm, Təhlil / 07.11.2023 20:38
Ermənilər təşvişdə – Armeniya Ermənistan olacaq - FOTO
Siyasi / 07.11.2023 19:24
“Ermənilərin azərbaycanlılara nifrəti ana südü ilə keçir” - VİDEO
Dünya, Təhlil / 07.11.2023 14:21
Azərbaycan ən etibarlı tərəfdaş – Avropa İttifaqının hədəfi – TƏHLİL - FOTO
İdman, Maraqlı / 07.11.2023 10:57
Jurnalistlərin Xatirə Turnirində final günü – FOTO və TELEŞƏRH - VİDEO
Müsahibə / 06.11.2023 22:46
“Ermənilər Ələyəz sakinlərini diri-diri yandırıblar” – MÜSAHİBƏ - FOTO
İdman / 06.11.2023 09:00
Çempion bəlli olub – 2023-cü ilin kubokunu “Çəmbərək” qazanıb - FOTO - VİDEO