Qərbi Azərbaycan Departamentinin rəhbəri: “Erməni dilində gündəlik 4-5 süjet və 1 xəbər buraxılışı yayımlanır”
“Bu kiçik, amma çevik komanda ilə həftədə altı gün Azərbaycan, beş gün isə rus dillərində Qərbi Azərbaycan Xronikası təqdim olunur”.
Rakus.az xəbər verir ki, bunu Baku TV-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri Turan İbrahimov sosial şəbəkədə yazıb.
O bildirib ki, ingilis dilində altyazı əksər kontentlərimizdə var: “Həmçinin Qərbi Azərbaycan Departamenti nəzdində erməni redaksiysı da fəaliyyət göstərir. Gündəlik erməni dilində 4-5 süjet və 1 xəbər buraxılışı “Baku TV internatsional” kanalında yayımlanır.
Tanınmış telejurnalist kollektivin fotosunu paylaşaraq yazıb: “10-12 nəfərlik məhsuldar komandaya rəhbərlik etməyimdən məmnunluq duyuram. Qeyd etdiklərimlə yanaşı, Baku TV-də alternativ xəbər blokumuz hər 30 dəqiqədən bir efirə çıxır, şərti olaraq “Reels” dediyimiz format tətbiq olunur. Gündəlik aparıcılı və ya aparıcısız 7-8 material da hazırlanır. Fotoda olan və olmayan 10-12 nəfərlik məhsuldar komandanın rəhbəri olduğum üçün çox şadam”.