Siyasi 07.06.2023 17:34

Qərbi Azərbaycan İcmasının yeni loqosu təqdim olundu - FOTO

Qərbi Azərbaycan İcmasının yeni loqosu ictimaiyyətə təqdim edilib.

Rakus.az xəbər verir ki, loqonun təqdimat mərasimi ilə bağlı keçirilən mətbuat konfransında Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli media nümayəndələrinə loqo barədə məlumat verib.

Bildirilib ki, loqonun tərtibatında İrəvan xanlığının bayrağında yer alan günəş və Azərbaycan dövlətinin rəmzlərindən biri olan səkkizguşəli ulduz bir-biri ilə sintez edilərək, Azərbaycan bayrağının rənglərində təcəssüm olunub.

Üçbucaq şəkilində olan hər bir ikon öz evlərindən deportasiya olunmuş qərbi azərbaycanlıları təmsil etməkdədir. İkonların üçkünc olması rəmzi olaraq öz ata-baba yurdlarına qayıtmaq istəyi ilə yaşayan soydaşlarımızın evlərinə doğru olan istiqamətini ifadə etməkdədir. Üçbucaq ikonların dairə şəklində birləşməklə yaratdığı birlik Qərbi Azərbaycan İcmasını təmsil edir.

Mətbuat konfransında loqonun tərtibatçısı, Türkiyədə yaşayan tanınmış azərbaycanlı dizayner Adəm Yunisovun onlayn çıxışı dinlənilib. Adəm Yunisov məhz onun dizayn etdiyi loqonun seçilməsindən məmnunluğunu ifadə edərək İcmaya uğurlar diləyib.

Xatırladaq ki, Adəm Yunisov 1978-ci ildə Azərbaycanda doğulub. Ali təhsilini Ankarada Hacettepe Universitetinin kompüter mühəndisliyi bölümündə alıb. Türkiyədə “Element Visual Studio” adlı şirkəti yaradan dizayner öz layihələri, qazandıqları uğurlarla müxtəlif ölkələrdə tanınır.

Adəm Yunisov ilk dəfə öz vətənində Bakıda keçirilən birinci Avropa Oyunlarının loqosunun müəllifi kimi məşhurlaşıb. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş loqotip də onun əl işidir.

O, həmçinin Türk Dövlətləri Təşkilatının ali ordeni olan “Türk Dünyasının Ali Ordeni”nin dizayn müəllifidir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS