Gündəm 06.04.2023 13:03

Ermənilərin azərbaycanlılara qarşı fərqli münasibəti - FOTO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

“Report” xəbər verir ki, verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarixçi-alim, 1988-ci ildə Zəngəzur mahalının Qafan rayonundan olan Cəbi Bəhramov Qərbi Azərvaycanın tarixindən, coğrafi-siyasi əhəmiyyətindən, daşnak Ermənistanı ilə çar Rusiyasının məxfi Azərbaycan planından söz açıb.

O, Azərbaycan torpaqlarının tarixdə dəfələrlə işğala məruz qalmasının səbəblərini, Ermənistan adlanan dövlətin heç vaxt mövcud olmadığını, erməni tarixinin uydurma və saxtakarlıq üzərində qurulduğunu bildirib.

AMEA-nın şöbə müdiri Zəngəzur mahalının Qafan və Mehri rayonlarında, eləcə də ali təhsil aldığı Özbəkistanda ermənilərin azərbaycanlılara qarşı fərqli münasibətindən, paytaxt Daşkənd arxivlərində erməni saxtakarlıqları ilə bağlı əldə etdiyi sənəd və faktlardan danışıb.

Qərbi Azərbaycan tarixinin atlası üzərində iş getdiyini vurğulayan C.Bəhramov deyib ki, bütün dövrlərə aid xəritələrdə Ermənistan deyilən məkan olmayıb: “Ölkə Prezidentinin təşəbbüsü ilə Qayıdış Konsepsiyasının hazırlanması bütöv Azərbaycana gedən yoldur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Verilişə Baku TV-nin efirində və Youtube kanalında baxa bilərsiniz.

 

XƏBƏR LENTİ
Gündəm, Hadisə / 06.04.2023 13:03
Ermənilərin azərbaycanlılara qarşı fərqli münasibəti - FOTO
Gündəm, Hərbi / 06.04.2023 08:42
Qərbi Azərbaycan Xronikası: İrəvan Ermənistana veriləndə kimlər etiraz etdi? - VİDEO
Gündəm, Siyasi / 05.04.2023 22:02
Daşnak Ermənistanı ilə çar Rusiyasının məxfi Azərbaycan planı - FOTO - VİDEO
Gündəm, Maraqlı, Video müsahibə / 05.04.2023 14:58
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Dünya, Siyasi, Təhlil / 05.04.2023 13:06
Qorxuya düşən ABŞ Trampın cibindən pornoaktrisanın çılpaq fotosunu çıxarır – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 04.04.2023 14:54
Tehran rejimi rəsmi Bakının Cənubi Qafqazda yaratdığı yeni reallığı həzm edə bilmir – TƏHLİL - FOTO
Elm və təhsil, Siyasi / 31.03.2023 17:45
Azərbaycanlıların Soyqırımına tarixi qiymətin verilməsində Heydər Əliyevin rolu böyükdür – ELMİ KONFRANS - FOTO
Elm və təhsil / 31.03.2023 17:33
Mart Soy­qı­rı­mı xal­qı­mı­za qar­şı tö­rə­di­lən qəd­dar­lı­ğın ba­riz nü­mu­nə­si­dir
Elm və təhsil, Maraqlı / 31.03.2023 15:08
Azərbaycanlılara məxsus 1 750 yaşayış məntəqəsinin adı dəyişdirilib – YENİ NƏŞR
Gündəm, Siyasi / 31.03.2023 14:57
Azərbaycanlıların Soyqırımı Gününü ilə əlaqədar bəyanat yayıldı
Gündəm, Siyasi / 31.03.2023 09:19
Erməni daşnaklarının törətdiyi soyqırımdan 105 il ötür - FOTO
Gündəm, Siyasi / 30.03.2023 12:07
Azərbaycanlıların kütləvi deportasiya və soyqırımı ilə bağlı cinayət işi açılıb
Dünya, Siyasi / 30.03.2023 10:38
Qərbi Azərbaycan İcması Markus Ritterə tutarlı cavab verdi
Siyasi, Video müsahibə / 30.03.2023 01:09
Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası - VİDEO
Gündəm, Hadisə / 29.03.2023 19:42
Qardaşının ermənilərdən xilas olduğunu heç vaxt bilmədi - FOTO - VİDEO
Siyasi, Sosial / 29.03.2023 15:07
Qərbi Azərbaycan Xronikası – ANONS
Gündəm, Siyasi / 28.03.2023 10:00
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası BMT-də rəsmi sənəd kimi yayılıb
Maraqlı, Mədəni, Video müsahibə / 22.03.2023 12:45
Qərbi Azərbaycan Xronikası: “Novruzun gəlişi ermənilərdə vahimə yaradırdı” - VİDEO
Maraqlı, Mətbuat / 21.03.2023 11:11
“Bir ömür yaşadın bu dünya üstə…”
Gündəm, Mədəni, Video müsahibə / 20.03.2023 21:10
Novruz tonqalı Qərbi Azərbaycanda yenə alovlanacaq – XRONİKA - FOTO - VİDEO
Hadisə, Mədəni / 20.03.2023 12:31
Qoşqar Vəli yazır: “Novruz astronomik hadisəyə əsaslanan bayramdır” - FOTO
Mədəni / 20.03.2023 09:09
Azərbaycanda Novruz bayramı qeyd olunur
Səhiyyə / 16.03.2023 10:31
Azərbaycanlı alimin Almaniyada yeni elmi tədqiqatı, növbəti beynəlxalq uğuru
Elm və təhsil, Mətbuat / 16.03.2023 09:19
Deyinən qocanın “yalanlar məmləkəti”ndə ədalət axtarışı…
Gündəm, Siyasi / 15.03.2023 10:09
Hors faciəsi – kənd camaatını anbara yığıb neftlə yandırıblar - FOTO - VİDEO
Gündəm, Hadisə, Mətbuat / 14.03.2023 21:50
Ermənilər azərbaycanlıların pulu ilə silahlanırdı: Qərbi Azərbaycan xronikası - VİDEO