Siyasi 28.02.2025 15:23

Qərbi Azərbaycana qayıdış APA-nın Bakı Bəyannəməsində qeyd edilib - FOTO

“Bu il fevralın 19-20-də spiker Sahibə Qafarovanın rəhbərliyi, Milli Məclisin təşkilatçılığı ilə Bakıda yüksək səviyyədə keçirilən Asiya Parlament Assambleyasının toplantısında önəmli qərarlar qəbul olunub. Sessiyanın Bakı Bəyannaməsində Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına ləyaqətli qayıdışının həyata keçirilməsi ilə bağlı müddəaların əlavə olunması da çox vacib məqamdır. Bu, həm də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda yayılması və qəbul olunması istiqamətində növbəti əhəmiyyətli addımdır”.

Rakus.az xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının toplantısında iştirak edən deputat, Milli Məclisin Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev parlamentdə keçirilən toplantının önəmli məqamları, həmçinin Qərbi Azərbaycan mövzusunun Bakı Bəyannaməsində əksini tapması ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Asiya Parlament Assambleyasının platformasından istifadə edərək etnik təmizləməyə məruz qalaraq zorla Ermənistandakı öz tarixi torpaqlarından qovulan təxminən 300 min azərbaycanlı qaçqın barədə məsələni qaldırdıq: “İndiyə qədər APA-nın müxtəlif komitə iclaslarında, İcraedici Şura və Plenar sessiyada səsləndirdiyimiz bu vacib məsələ APA-nın 20 fevral 2025-ci ildə qəbul etdiyi Bakı Bəyannaməsində əksini tapdı”.

O jurnalistlərə açıqlamasında bildirib ki, Asiya Parlament Assambleyası Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış etdi: “Bu, Milli Məclisin, onun rəhbərliyinin uğuru hesab edilə bilər. Çünki Ermənistandakı tarixi yaşayış məskənlərinə geri qayıdış Azərbaycan Prezidentinin prinsipial mövqeyinin mühüm tərkib hissəsidir. Bakı Bəyannaməsində qeyd edilib ki, biz-Asiya Parlament Assambleyasında təmsil olunan parlamentlərin üzvləri, Qərbi Azərbaycan İcmasının, beynəlxalq insan hüquqlarına dair müxtəlif sənədlərdə təsbit edildiyi kimi, Ermənistandakı öz əcdadlarının evlərinə qayıdışı üçün dialoqa başlamaqla bağlı dəfələrlə etdikləri müraciətləri qəbul edir və bu qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmini üçün bütün səyləri səfərbər edirik”.

Xatırladaq ki, bu il fevralın 19-20-də Milli Məclisin inzibati binasında Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu”  mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib. Tədbirdə 35 nümayəndə heyəti, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndə iştirak edib. Prosedur qaydalarına görə, sənəd APA tərəfindən bu gün yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi / 28.02.2025 15:23
Qərbi Azərbaycana qayıdış APA-nın Bakı Bəyannəməsində qeyd edilib - FOTO
Elm və təhsil, Siyasi / 28.02.2025 13:40
Ermənilər dərs saatlarımızı vermirdilər – Mahir Məsimovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 27.02.2025 22:38
Paşinyan Azərbaycana dəhliz verib, amma bunu “yol” adı altında gizlədir? - FOTO - VİDEO
Təhlil / 27.02.2025 17:17
Erməni hamisi Zatulin – zühur edən “qırxıqbaş” – TƏHLİL
İqtisadi, Siyasi / 27.02.2025 13:34
Zəngəzurdan Naxçıvana keçid olacaq? – ANONS - VİDEO
Mətbuat, Siyasi / 27.02.2025 10:23
Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir - FOTO - VİDEO
Elm və təhsil / 26.02.2025 22:41
“Fransa krallarının iki qlobusunu Napoleon niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?” - FOTO - VİDEO
Təhlil / 26.02.2025 17:47
Uğursuz elçilik – Trampın Makrona tapşırığı – TƏHLİL
Elm və təhsil / 26.02.2025 13:39
Fransız səyyahları İrəvan haqqında nə yazıb? – ANONS - VİDEO
Mətbuat, Siyasi / 26.02.2025 12:47
Xocalı cinayətini törədənlərin cəzalandırılması vacibdir - FOTO - VİDEO
Gündəm / 26.02.2025 10:25
Xalq Xocalı soyqırımı qurbanlarının xatirəsini anır - FOTO
Gündəm / 26.02.2025 10:17
Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO
Gündəm / 26.02.2025 10:02
Prezident Xocalı soyqırımı ilə bağlı videoçarx paylaşıb - VİDEO
Gündəm / 26.02.2025 00:03
Xocalı soyqırımından 33 il ötür - FOTO
Siyasi, Sosial / 25.02.2025 22:16
Anağızoğlu, Anagüney, And, Angersak – türk tarixinin izi - FOTO - VİDEO
Mətbuat, Siyasi / 25.02.2025 19:44
Azərbaycan-Pakistan münasibətləri dünyaya nümunədir - FOTO - VİDEO
Siyasi, Sosial / 25.02.2025 19:12
“Rəssamların sayəsində İrəvanın tipik şərq şəhəri olduğunu görürük” - VİDEO
Mətbuat / 25.02.2025 17:44
Fransa müstəmləkələrindən gələn media nümayəndələri ilə görüş olub - FOTO
Təhlil / 25.02.2025 15:24
İki milyard dollarlıq anlaşma- Bakı-İslamabad əməkdaşlığı – TƏHLİL
Sosial / 25.02.2025 14:26
Adı mənbələrdə 4 cür yazılan yurd – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.02.2025 13:50
Savadlı azərbaycanlılar ermənilərə lazım deyildi – ANONS - VİDEO
Mədəni / 25.02.2025 10:10
Bu gün Novruzun ilk çərşənbəsidir
Video müsahibə / 24.02.2025 22:32
“Çar Rusiyası Gorusda əhalinin etnik tərkibini məqsədli şəkildə dəyişdirib” - FOTO - VİDEO
Təhlil / 24.02.2025 16:55
Almaniyada seçkilər – ağır olan siyasi vəziyyət – TƏHLİL
Təhlil / 24.02.2025 14:40
Ankaranın Kiyevə vəkillik rolu – TƏHLİL
Siyasi, Təhlil / 23.02.2025 11:21
“Paşinyan anlayır ki, həqiqi sülh üçün xarici müdaxilədən qurtulmaq lazımdır” – TƏHLİL