Müsahibə 09.09.2024 22:34

“Qərbi Azərbaycana qayıdışa beynəlxalq hüququn tərkib hissəsi kimi baxmalıyıq” - FOTO - VİDEO

“Qərbi Azərbaycana qayıdışa beynəlxalq hüququn tərkib hissəsi kimi baxmalıyıq”

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov olub.

O, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti”nin 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adı ilə yenidən təşkilatlanmasından, ötən iki ildə İcmanın fəaliyyətindən söhbət açıb. Bildirib ki, İcma yenidən təşkilatlanandan sonra əsasən iki istiqamət üzrə Qərbi azərbaycanlılar arasında iş aparıb. Bunlardan birincisi ölkə daxilində soydaşlarımızla əlaqələrin qurulması, onların dəqiq siyahısının hazırlanması, rayon, şəhər və kənd icmalarının yaradılmasıdır. Müsahibin sözlərinə görə, Azərbaycanın 58 bölgəsində məskunlaşan soydaşlarımızla artıq bu əlaqələr qurulub və lazımi təşkilatlanma işləri həyata keçirilib.

Aparat rəhbəri deyib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətində ikinci əsas istiqamət xaricdə yaşayan soydaşlarımızın tarixi torpaqlarımız uğrunda yeni mübarizədə səfərbər olmasıdır. Onun sözlərinə görə, yola saldığımız iki ildə bu sahədə də böyük işlər görülüb. Misal üçün, Qərbi Azərbaycan İcmasının nümayəndələri tərəfindən Almaniya, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan və sair ölkələrdə məskunlaşan soydaşlarımızla görüşlər, konfranslar keçirilib. Onlara İcmanın əsas məqsədləri çatdırılıb. Qeyd olunub ki, başlıca hədəf Qərbi Azərbaycana qayıdışı sülh və təhlükəsizlik şəraitində reallaşdırmaqdır.

Q.Qasımov söyləyib ki, 44 günlük müharibədə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, qısa müddətdə bu ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızda da tezliklə Vətənə qayıtmaq ümidini artırırb. Aparat rəhbəri deyib ki, Qərbi Azərbaycana qayıdışa beynəlxalq hüququn tərkib hissəsi kimi yanaşmaq lazımdır və İcma səviyyəsində dünya miqyasında təbliğat işi məhz bu istiqamətdə qurulur.

Uzun illər mədəniyyət sektorunda məsul vəzifədə çalışan, paralel olaraq elmi fəaliyyətlə məşğul olan Q.Qasımov Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz, onlara vurulan ziyan barədə də danışıb. Ermənistanın bu vandalizmini beynəlxalq səviyyədə ifşa etmək üçün əlimizdə olan tutarlı faktları, görülən işləri dilə gətirib. Vurğulayıb ki, Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus maddi-mədəni irsə böyük ziyan vurub, vandalizm aktı törədiblər.

Aparat rəhbəri soydaşlarımızın tarixi torpaqlarımıza qayıtmasından sonra onların sosial rifahı, iqtisadi vəziyyəti, işlə təmin olunması istiqamətində atılacaq addımları da diqqətə çatdırıb. Söyləyib ki, Qərbi Azərbaycana qayıtmaq istəyənlərin sayı həddindən artıq çox olduğu üçün onların təhlükəsizliyi, mülkiyyət və sair hüquqlarının təmini, davamlı əmək fəaliyyəti ilə məşğul olmaları İcmanın fəaliyyətində prioritet məsələdir.

Q.Qasımov doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndindən də danışıb. Bildirib ki, vaxtilə beş minə yaxın azərbaycanlının yaşadığı, bir çox sosial obyektlərin, müəssisələrin fəaliyyət göstərdiyi bu tarixi yurd yerimizdə indi az sayda erməni ailələri məskunlaşıb. Onun sözlərinə görə, Zod kəndindəki əksər evlər erməni vandalları tərəfindən dağıdılıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 9-da saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO