Elm və təhsil 07.12.2024 22:38

Qərbi Azərbaycanda xəvçilik üsulu - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qədim türklərin astronomik təqvimi həyat tərzi ilə bağlı idi” adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Nailə Əskər Qərbi Azərbaycanda qovut hazırlama, əriştə kəsmə adətləri, qovut, bəzir yağının, xəvçilik üsulunun hazırlanma qaydalarındən danışır.

Bildirilir ki, qədim türklərin astronomik təqvimi çox dəqiq, həyat tərzi ilə bağlı idi.

Onun sözlərinə görə, qovut Qərbi Azərbaycanda Xıdır Nəbi bayramının əsas simvollarından biri idi: “Əriştənin yaxşı alınması üçün xəmir ayaqlanırdı. Sacı ocağın üstünə qoyan götürə bilər, başqası ocaqdan icazə almalı idi”.

O, sonda Qərbi Azərbaycanda xəvçilik üsulundan, zəyrəkdən bəzir yağının düzəldilməsindən, pendir hazırlama qaydalarından, həmçinin əvəlik bitkisinin faydasından və unudulmuş adətlərdən söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 7-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 07.12.2024 22:38
Qərbi Azərbaycanda xəvçilik üsulu - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 06.12.2024 22:00
“Məktəbdə dərs deyirdim, yoldaşım gəldi ki, saqqallı ermənilər hamısı kəndə dolub” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 06.12.2024 13:48
“Bir nəslin üç qaçqınlıq tarixi” – Zəhra Sadıqovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.12.2024 22:12
Bakı və İrəvan arasında dekabr danışıqlarında Qərbi Azərbaycan məsələsi - FOTO - VİDEO
Gündəm, Siyasi / 05.12.2024 17:31
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü – YENİLƏNİB - FOTO
Siyasi / 05.12.2024 16:56
İbrahim Bayramov: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq”
Siyasi / 05.12.2024 14:10
İrəvanın götürəcəyi öhdəliklər – ANONS - VİDEO
Gündəm / 05.12.2024 09:24
İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Siyasi, Sosial / 05.12.2024 08:05
Deputatdan təklif: “Qərbi azərbaycanlı qaçqınlar “vətən qaçqını” adlandırılsın”
Elm və təhsil, Mədəni / 04.12.2024 22:39
“Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtdılar” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 04.12.2024 13:33
“Çar Rusiyasının İrəvan siyasəti” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.12.2024 22:29
Ayazlı saray, Ayarlı, Ayaslı, Ayğırgöl, Ayğırgöl – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 03.12.2024 18:30
“Sovet dərsliklərində heç vaxt İrəvan xanlığının adı çəkilməyib” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.12.2024 14:22
Ermənistan parlamentinin Ayarlı qərarı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Mədəni / 03.12.2024 13:12
İrəvan memarlığının incisi necə məhv edilib – ANONS - VİDEO
Dünya, Siyasi / 03.12.2024 11:14
Gürcüstan inqilab astanasında - FOTO - VİDEO
Müsahibə / 02.12.2024 21:41
“SSRİ dövründə 20 min km² Azərbaycan ərazisi Ermənistana qanunsuz verilib” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 02.12.2024 13:44
Manqurt – şüursuz kölə nəzəriyyəsində Çingiz Aytmatov ucalığı – Qoşqar Vəli yazır
Mətbuat, Siyasi / 01.12.2024 17:41
Paşinyanın müharibə planına “Tbilisi” baryeri - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 30.11.2024 20:45
“Qərbi Azərbaycanda qışa hazırlıq adətləri və mərasimləri” - FOTO - VİDEO
Elm və təhsil, Mədəni / 30.11.2024 14:52
“Qışda düyü yeyilmirdi…” – ANONS - VİDEO
Siyasi, Sosial / 29.11.2024 22:07
“Səsyazma studiyasından Zeynəb Xanlarovanın kasetini almağa imkan vermədilər” - FOTO - VİDEO
Mətbuat, Siyasi / 29.11.2024 17:50
Cənubi Qafqazda kölgə oyunu - FOTO - VİDEO
Siyasi, Sosial / 29.11.2024 13:33
“Kruqlaya Şişkadan uzanan qaçqınlıq yolu” – Vüqar Hacıyevin “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 28.11.2024 22:40
Paşinyan Qərbi Azərbaycanla “Qərbi Ermənistan” iddiasını niyə eyniləşdirir? - FOTO - VİDEO
İdman / 28.11.2024 17:59
Yeddi yaşlı Miryusifin Tbilisidə karate uğuru - FOTO