Müsahibə 03.06.2024 22:53

“Qərbi azərbaycanlılar tarixi torpaqlarımız uğrunda mübarizəni nəsildən-nəsilə ötürüblər” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov olub. O, ata-baba yurdu Göyçə və Dərələyəz mahallarından söhbət açıb.

Müsahib bildirib ki, valideynləri ötən əsrin ikinci yarısında Qərbi Azərbaycandan deportasiya olunub, indiki Şirvan, Salyan rayonlarının ərazisində məskunlaşmağa məhkum ediliblər. Qeyd edib ki, vaxtilə babasının hektarlarla torpaq sahəsi, saysız-hesabsız iribuynuzlu və xırdabuynuzlu heyvan sürüləri olub. Sovet hökuməti qurulan illərdə könüllü şəkildə onları kolxoz və sovxoza təhvil verib. Buna rəğmən, onun nəslinə “qolçomaq” damğası vurub sürgünə, təqibə məruz qoyublar. ATXƏM sədri deyib ki, baba və nənələri, valideynləri yurd həsrəti, vətən nisgili ilə dünyalarını dəyişiblər.

Ötən əsrin əvvəlində Qərbi Azərbaycanda ermənilərin törətdiyi soyqırımlardan danışan İ.İsmayılov babasının bu qırğınlara qarşı təşkil olunmuş müqavimət, müdafiə dəstəsində yer aldığını dilə gətirib. Vurğulayıb ki, erməni daşnaklarına qarşı döyüşlərdə göstərdiyi şücaətə görə babası Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa tərəfindən mükafatlandırılıb. O, ermənilərin Qafqazda ən böyük qırğınları məhz Qərbi Azərbaycanda törətdiyini diqqətə çatdırıb. Söyləyib ki, ermənilər azərbaycanlıların evlərini dağıdıb, kəndlərini viran qoyublar. Qafqaz İslam Ordusu azərbaycanlıların köməyinə çatmaqla bu qırğınların, talanların qarşısını alıb.

İ.İsmayılov erməni millətçilərinin sovet hakimiyyəti illərində də böyük faciələrə yol açdıqlarını bildirib. Deyib ki, bu faciələrin kulminasiya nöqtəsi 1988-ci ilin deportasiyası olub. Bununla ermənilər Qərbi Azərbaycandakı bütün soydaşlarımızı öz ata-baba yurdundan didərgin salıb, mono-etnik bir respublika yaratmağa nail olublar. “Dənizdən dənizə böyük Ermənistan” ideologiyası ilə zəhərlənən ermənilər o illərdə azərbaycanlıların dinc şəkildə ölkəni tərk etməsinə də imkan yaratmayıblar. Zorla köçürülən azərbaycanlıların karvanları erməni yaraqlılarının hücumlarına məruz qalıb. Bir çox hallarda dinc insanlara mənəvi-fiziki işgəncələr verilib, onlar günahsız yerə qətlə yetiriliblər.

ATXƏM sədri qeyd edib ki, üzləşdikləri çətinliklərə, başlarına gətirilən faciələrə baxmayaraq, Qərbi azərbaycanlılar tarixi torpaqlarımız uğrunda mübarizəni nəsildən-nəsilə ötürüblər. O, rəhbərlik etdiyi təşkilatın da Qərbi Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdığını, bu məqsədlə Avropa ölkələrində silsilə tədbirlər keçirdiyini vurğulayıb. Deyib ki, hazırda xaricdə yaşayan, vaxtilə deportasiyaya məruz qalan soydaşlarımızda mübarizə əzmi böyükdür. İ.İsmayılov bütün Qərbi azərbaycanlıların dinc yolla ata-baba yurdlarına qayıtmaq istədiyini dilə gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

XƏBƏR LENTİ
Müsahibə / 03.06.2024 22:53
“Qərbi azərbaycanlılar tarixi torpaqlarımız uğrunda mübarizəni nəsildən-nəsilə ötürüblər” - FOTO - VİDEO
Mədəni / 01.06.2024 22:52
Qərbi Azərbaycan aşıq yaradıcılığı güneydə bu gündə yaşadılır - FOTO - VİDEO
Maraqlı, Sosial / 01.06.2024 12:00
“Global Media Group”un uşaqlarla bağlı “1 İyun” layihəsi - VİDEO
Elm və təhsil, Sosial / 01.06.2024 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Maraqlı, Sosial / 31.05.2024 22:16
“Erməni nazir dedi ki, yaxşı işi sizə yox, öz ermənilərimə verərəm” - FOTO - VİDEO
Təhlil / 31.05.2024 16:33
İŞİD-dən sonra Suriya – ABŞ, Rusiya və İranın PKK layihəsi – TƏHLİL
Elm və təhsil / 31.05.2024 13:56
Məhəbbətdən doğan şeir – “Böyük öndər”
Elm və təhsil, Sosial / 31.05.2024 12:39
“90 yaşım var, İrəvanı mütləq qarış-qarış gəzəcəm” – Rəfiqə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS
Siyasi / 30.05.2024 22:18
“Sameqrelo Respublikası”na erməni diasporu və millətçiləri dəstək verib - FOTO - VİDEO
Elm və təhsil / 30.05.2024 17:15
Şəhid jurnalistin 4-cü sinfi bitirən övladı: “Mənə atamın ətrindən vur ki…” - FOTO
Siyasi / 30.05.2024 15:35
Avropa Parlamentində qalmaqal – Xilas üçün “Change” formulu – TƏHLİL
Siyasi / 29.05.2024 21:28
Ərazisi Araqatsotn mərzliyinə verilərək izi itirilən Talin - FOTO - VİDEO
Siyasi, Təhlil / 29.05.2024 14:09
Prezidentin Xocalıdan Ermənistana və canilərə ismarışı – TƏHLİL
Siyasi, Sosial / 29.05.2024 13:33
Tarixi adları 43 ildə dəyişdirilən rayon – ANONS - VİDEO
Siyasi, Sosial / 28.05.2024 22:55
Qafqaz Albaniyasının mənşəyi və tarixi haqqında əsl gerçək - FOTO - VİDEO
Müsahibə, Siyasi / 28.05.2024 18:58
Ermənistanın Rusiyadan uzaqlaşmasının səbəbi Qərbdən kömək almasıdır - FOTO - VİDEO
Siyasi / 28.05.2024 15:09
“Sülh sazişinin payızadək imzalanma ehtimalı var – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 28.05.2024 11:54
Albanlar xristianlığı ermənilərdən 270 il əvvəl qəbul ediblər – ANONS
Gündəm / 28.05.2024 00:01
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Müsahibə, Siyasi / 27.05.2024 23:12
“Göyçənin 30-dan çox kəndi 1837-ci ildə üsyana qalxıb” - FOTO - VİDEO
Siyasi / 27.05.2024 17:36
İsmət Abasov Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Təhlil / 27.05.2024 16:25
Mahiyyətini itirən yürüş – Paşinyanın duruşu – TƏHLİl
Gündəm / 27.05.2024 11:00
Rəşad Xudiyev Naxçıvan təhsil nazirinin müavini təyin olunub
Sosial / 25.05.2024 23:07
Vedrələrə daş yığmaqla Çaxırlıya kəndxuda seçmək adəti - FOTO - VİDEO
Mədəni, Sosial / 24.05.2024 22:00
“Bakıda vəzifədə yüzlərlə erməni var idi, amma Ermənistanda bizə imkan vermirdilər” - FOTO - VİDEO
Elm və təhsil / 24.05.2024 18:28
Əlifba bayramını sevinclə qeyd etdilər - FOTO