Mətbuat 16.04.2024 10:14

Qırılan haqq yolçuluğu…

Qırılan haqq yolçuluğu… 04 iyun 2021 21:15

Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olan həmkarlarımız – Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və AzTV-nin operatoru Sirac Abışovun xatirəsinə

İstiqamət Susuzluq kəndi. Ada bax, Allah eşqinə, susadır insanı, içini yandırır elə bil, buz kimi bulaq suyuna təşnə olur ürək! Elə bu yoldamı qırılmalıydı haqq yolçuluğu? Elə burdanmı başlamalıydı haqq yolçuluğu?!

Evdən çıxanda hansı arzuları özlərinə yük eləmişdilər bilmirəm, heç birimiz bilməyəcəyik də, ancaq dəqiq kimsə qayıdanda Kəlbəcərdən su gətirmələrini tapşırmışdı Siracla Məhərrəmə. O müqəddəs yerlərin həsrətliləri gedib qayıdanlardan su istəyir, bir də üstünü qoxlayır Vətənin havası hopub deyə! Dəqiq sevincliydi hər ikisi, illər sonra əsarətdən qurtulan anasına qovuşacaq bala kimi, oğul kimi. Dəqiq həm də qürurluydular canıyla, qanıyla Vətən savaşı vermiş, zəfər çalmış Qəhrəman xalqın övladı kimi!

Bilənlər bilir, jurnalist olmaq həm də savaşçı olmaqdır, haqq uğrunda döyüşməyi bacarmaqdır. Bitmiş müharibənin qalib nümayəndələri yenə savaşmağa gedirdilər. Bu dəfə özləri rədd edilmiş, yerində minalara çevrilib ölüm saçan kinləri, dağıdılmış evlərə, məhv edilmiş tariximizə, kəsilmiş ağaclara çevrilmiş nifrətləri qalmış düşməndən azad edilən Kəlbəcərin, bütün o gözəl, müqəddəs torpaqlarımızın haqqı üçün savaşmağa! Yəqin bir, bəlkə bir neçə silsilə reportajlar hazırlayıb dünyaya çatdırmaq istəyəcəkdilər erməni vandallarının törətdiklərini, yenə törətmək istədiklərini…

Elə bir bacardılar ki! Elə bir çatdırdılar ki!

Yalnız bu qədər çatdırmaq olardı haqqı! Yalnız bu qədər çatmaq olardı haqqa!

Şəhadətin mübarək, Məhərrəm! Şəhadətin mübarək, Sirac!

Mahir Rəsuloğlu – “İki sahil”

 

XƏBƏR LENTİ
Mətbuat / 16.04.2024 10:14
Qırılan haqq yolçuluğu…
Gündəm, Mətbuat / 16.04.2024 00:02
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO
Müsahibə / 15.04.2024 22:41
“Azərbaycanlı kadrlara böhtan atır, şərləyir, həbs edirdilər” - FOTO - VİDEO
Hadisə, Maraqlı / 13.04.2024 22:28
“Erməni türkün toplarının qorxusundan azərbaycanlılara zərər verməyib” - FOTO - VİDEO
Sosial / 13.04.2024 11:22
“KQB sədri mənə dedi ki…” – Zahid Həsənovun “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 12.04.2024 22:17
Erməni mediası: “Qərb Ermənistanı müharibə mərhələsinə sürükləyir” - FOTO - VİDEO
Gündəm, Hərbi / 12.04.2024 11:22
“Müharibə başlasa, Azərbaycan üçün risklər varmı?” - VİDEO
Siyasi / 11.04.2024 22:14
“Dəmiryolu vağzalında sonlanan parlaq ömür” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2024 14:36
Əli Hüseynli Yevlaxda 3 kəndin sakinləri ilə görüşüb - FOTO
Maraqlı, Sosial / 10.04.2024 22:15
“Azərbaycanlıların Qaranlıq rayonundan çıxarılma planı” - VİDEO
Sosial / 10.04.2024 13:23
“Ermənilərin Qaranlq oyunbazlığı” – ANONS - VİDEO
Mədəni, Sosial / 09.04.2024 22:53
“Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” - FOTO - VİDEO
Hərbi, Müsahibə / 09.04.2024 18:52
“Ermənilərə görə, azərbaycanlı traktorçu, erməni tankçı olmalı idi” - VİDEO
Elm və təhsil, İqtisadi / 09.04.2024 16:41
ATMİA Bakıda italiyalı memarın iştirakı ilə seminar təşkil edib - FOTO
Müsahibə, Video müsahibə / 09.04.2024 13:25
“Ermənilər türklərin sayəsində sağ qalıblar” – ANONS
Müsahibə, Video müsahibə / 08.04.2024 22:40
“Ermənistan adlı bir qurum hüquq nöqteyi-nəzərindən qeyri-qanunidir” - FOTO - VİDEO
Siyasi / 08.04.2024 17:15
ABŞ və Aİ-ni regionda vəziyyəti gərginləşdirməməyə çağırırıq – BƏYANAT
İdman / 08.04.2024 09:58
Nərimanlı gəncləri ilə görüş - FOTO
Siyasi / 06.04.2024 22:16
Ermənilər irəvanlı ictimai xadimin zorla köçməsinə səbəb oldu - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 05.04.2024 22:09
“Kəndimizə getsəm dizlərimi yerə qoyub torpağımı öpəcəm” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 05.04.2024 13:45
“Nüvədiyə nəvələrimlə gedəcəm” – Sədaqət Həsənovanın “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 04.04.2024 22:51
“Ermənistan ərazisi 10 min kvadrat kilometrədək azala bilər” - FOTO - VİDEO
Siyasi / 04.04.2024 12:21
Ermənistan ətrafında çəmbər daralır – ANONS - VİDEO
Mətbuat, Sosial / 04.04.2024 11:40
Ardanış – o kənd bizim kəndimizdir - VİDEO
İqtisadi / 04.04.2024 11:15
Şəhanə Sarı: “ATMİA ölkəmizdə ilk dəfə İnşaat Həftəsinə start verib” - FOTO
Maraqlı, Siyasi, Sosial / 03.04.2024 22:10
“Qarakilsə niyə Sisavan və sonra Sisian adlandırıldı?” - VİDEO