Maraqlı 16.01.2020 07:17

Qışda orqanizminizi sağlam saxlayın – MƏSLƏHƏT

Qış pəhrizi təkcə arıqlamağa kömək etməməli, həm də orqanizmi mövsüm xəstəliklərindən qorumalıdır.

Rakus.az xəbər verir ki, buna görə də immuniteti salmayan qidalardan istifadə edilməlidir.

Qış aylarında orqanizminizi sağlam saxlayacaq və sizi arıqladacaq pəhriz təqdim edir.

Pəhriz ərəfəsində yalnız adi su içmək lazımdır. Gündə bir dəfə mütləq alma, portağal və banan yeyin. Bu pəhrizi ən çox 3 həftə saxlamaq olar. Hər həftə 5 kiloqram arıqlayacaqsınız. Eyni zamanda immunitetiniz də qaydasında olacaq.

İlk gün:
Səhər: kökü sürtgəcdən keçirdib, üzərinə 1 xörək qaşığı bal, yoqurt və yulaf töküb yeyin.
Nahar: Tərəvəzlərlə hazırlanan mayonezsiz salat və 1 armud.
Axşamtərəfi: 1 bolqar bibəri.
Şam yeməyi: kələmlə hazırlanan salat, 1 ədəd alma, 1 çay qaşığı zeytun yağı.

II gün:
Səhər: suda bişmiş çuğundur, qara gavalı, qoz, doğranmış kərəvizdən hazırlanan salat və 1 dilim çovdar çörəyi.
Nahar: çovdar sıyığı, közdə bişmiş badımcan.
Axşamtərəfi: 1 ədəd portağal və alma.
Şam yeməyi: 1 salxım qara üzüm.

III gün:
Səhər: Üstünə 1 xörək qaşığı yoqurt və bal tökülmüş qarğıdalı sıyığı.
Nahar: 2 ədəd bolqar bibəri, pomidor, suda bişmiş tərəvəzlər və 1 dilim qara çörək.
Axşamtərəfi: 2 ədəd pomidor.
Şam yeməyi: suda bişmiş, üzərinə bal və qoz tökülmüş balqabaq.

IV gün:
Səhər: kələm, pomidor, göyərti, bibər, soğan və zeytun yağı ilə hazırlanan salat, suda bişmiş düyü.
Nahar: suda bişmiş qarabaşaq, badımcan əzməsi.
Axşamtərəfi: 1 ədəd banan.
Şam yeməyi: Közdə bişmiş badımcan və pomidor, kök, göyərti və 1 çay qaşığı xamadan hazırlanan salat, 1 dilim çovdar çörəyi.

V gün:
Səhər: üzərinə zeytun yağı tökülmüş, kələm və bolqar bibərindən hazırlanan salat. Suda bişmiş yulaf.
Nahar: 2-3 ədəd suda bişmiş kartof, yaşıl soğan, çuğundur, qoz və cəfəridən hazırlanan salat.
Axşamtərəfi: 2-3 ədəd kök.
Şam yeməyi: pomidor və kələmdən ibarət salat.

VI gün:
Səhər: suda bişmiş yulaf, yoqurt.
Nahar:  pomidor, sarımsaq, suda bişmiş lobya, soğan, bolqar bibəri, kök və göyərtidən hazırlanan salat.
Axşamtərəfi: 1 bolqar bibəri.
Şam yeməyi: üzərinə bal tökülmüş, buxarda bişmiş balqabaq.

VII gün:
Səhər: suda bişmiş qarabaşaq, qara gavalı, qoz, göyərti və çuğundurdan hazırlanan salat.
Günorta: darı yarması, bolqar bibəri və digər tərəvəzlərlə hazırlanan salat, 1 dilim ağ çörək.
Axşamtərəfi: 2-3 ədəd kök.
Şam yeməyi: pomidor salatı və 1 dilim çovdar çörəyi.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO