Siyasi 14.11.2025 23:46

“Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Böyük Ayrımdakı qayalara adımızı yazırdıq” adlı veriliş Loru mahalının, Allahverdi (Tumanyan) rayonunun Böyük Ayrım kənd sakini Elmar Əliyevin həyat hekayəsinə həsr olunub.

O, 1979-cu ildə anadan olduğunu, 9 yaşına kimi uşaqlığının gözəl təbiəti olan kənddə keçdiyini söyləyib: “Uşaq vaxtı azərbaycanlı uşağı ilə erməni uşağını güləşdirirdilər. Biz həmişə qalib gəlirdik. Yayda Ləlvər dağına, yaylağa gedirdik. Qayalara adlarımızı yazmışıq. Gözəl, sərin bulaqlarımız var idi. Ləlvər dağındakı çayın qabağını kəsib çimirdik”.

Onun sözlərinə görə, kənd azərbaycanlılardan ibarət olub:”Ermənlər tarix boyu saxtakarlıq ediblər. Kənddəki ərzaq mağazasının qarşısında qoç heykəlli bulaq var idi. Su qoçun burnundan gəlirdi. Bu, türkçülüyü bildirirdi. Ermənilər bulağı söküb yerində kilisə tikiblər”.

Kənd sakini bildirib ki, ermənlərin köçürmə planı 1988-ci ilin yaz aylarından başlamışdı: “Sovxozda sürücülərin, mağaza müdirlərin çoxunu erməni qoymuşdular ki, camaat çıxanda kənddən əşyalarını apara bilməsin. Cavanlar poslar qurmuşdu. Kəndimiz Gürcüstanın Sadaxlı kəndi ilə sərhəd idi. Ermənilər gəlib Təzə kəndin yanında yerləşən “Domoddıx” deyilən yerdə yerləşmişdilər. Sahə müvəkkili gəlib demişdi ki, kənddən çıxmalısınız. Əlacsızlıqdan birinci növbədə arvad-uşaqları çıxardılır. Gecənən hamı çıxdı. Abbas kişini öldürmüşdülər. Camaatın qabağını kəsib incidib, maşınlarını yoxlamışdılar.1915-ci ildə də orada yaşayan azərbaycanlılara qarşı terror ediblər. Rəhmətlik nənəm o vaxt danışırdı ki, ermənilər gəldi, kəndi qırdı”.

Vətən həsrətinin çox ağır olduğunu vurğulayan E.Əliyev öz torpağında yaşamaq istədiyini deyib: “Qərbi Azərbaycanda yaşamaq istəyirik. Babamın, nənəmim qəbirləri oradadır. Hər bir insan öz torpağına qayıtmalıdır. Mən oradan 9 yaşında çıxmışam, hazırda 46 yaşım var. Çıxanda “Bəlkə bu yerlərə bir də gəlmədim” mahnısını oxumuşam. “Duman salamat qal, dağ salamat qal” demişəm. İnşallah,  kəndə gedəndə deyəcəm, dədə-baba torpağıma xoş gəlmişəm!”

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 14-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 14.11.2025 23:46
“Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar” - VİDEO
Siyasi, Sosial / 14.11.2025 14:22
Uşaqlıqda adını qayalara yazan Elmar Əliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 13.11.2025 23:53
“Sevan” gölü tezliklə Göyçə olacaq və azərbaycanlılar geri qayıdacaqlar” - VİDEO
İdman / 13.11.2025 17:38
Telekanal və saytların 4-cü Xatirə Turniri ilə bağlı SÜJETLƏRİ - VİDEO
Siyasi / 13.11.2025 14:47
“Ermənilərin iddiası: “Azərçay” içəcəyik” – ANONS - VİDEO
Elm və təhsil / 12.11.2025 23:39
“Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb” - VİDEO
Elm və təhsil / 12.11.2025 14:37
Tarixdən silinən həqiqətlər – ANONS - VİDEO
İdman / 12.11.2025 09:22
Minifutbol Turnirinin FİNAL oyunu – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2025 01:02
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Siyasi, Sosial / 11.11.2025 21:54
Bayraməli qışlağı, Baytar, Bakər, Bala Zağa – türk tarixinin izi - VİDEO
Müsahibə / 11.11.2025 18:52
“Sovet imperiya siyasəti Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb oldu” - VİDEO
Siyasi, Sosial / 11.11.2025 14:42
Türk yurdu niyə Hovtun oldu? – ANONS - VİDEO
İdman / 11.11.2025 14:06
Şəhid Jurnalistlərin Xatirəsinə 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO
Siyasi / 11.11.2025 13:22
Qafqazda sovetləşmədən imtina siyasəti – ANONS - VİDEO
Mədəni / 11.11.2025 10:51
Ana diləyi: “Xoşbəxt böyü bal qızım” - FOTO
İdman / 09.11.2025 10:38
Şəhid Jurnalistlərin Xatirə Turnirində kuboku “AzTV” qazanıb - FOTO
Hərbi / 08.11.2025 23:21
Azərbaycanın qədim silahları və süvarilik mədəniyyəti - VİDEO
Gündəm / 08.11.2025 01:02
Azərbaycanda Zəfər Günüdür
Siyasi, Sosial / 07.11.2025 23:03
“Qarabağdan gələn ermənlər kəndlərdə evləri yandırırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 07.11.2025 14:22
Anasını İrəvan xəstəxanasından qaçıran Zeynal Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 07.11.2025 09:22
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq?
Siyasi, Təhlil / 06.11.2025 23:38
Ermənistan azərbaycanlıların qayıdışına hazırlaşır? - VİDEO
Siyasi / 06.11.2025 14:22
Ermənilər niyə sərhəd kəndlərini tərk edir? – ANONS - VİDEO
Elm və təhsil / 05.11.2025 23:43
“Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı” - VİDEO
Siyasi, Sosial / 05.11.2025 16:09
Hümbət Hüseynov: “ELDA-nın məqsədi vətəndaş iştirakını dayanıqlı prosesə çevirməkdir”
Elm və təhsil / 05.11.2025 14:31
“Hayların saxtalaşdırdığı Şuşanik dastanı” – ANONS - VİDEO