Elm və təhsil 05.11.2025 23:43

“Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy ermənilərin saxtalaşdırdığı Şuşanik dastanı haqqında danışıb.

O bildirib ki, Sinay yarımadasında Azərbaycan sözləri işlənilib: “Müqəddəs Şuşanikin faciəli həyatı var. Sinay dağında tapılan Alban perqamenti bütün Qafqaz tarixini dəyişdi. Alban perqamentində yüzlərlə Azərbaycan sözünün aşkarlanıb”.

Onun sözlərinə görə, Koroğlu dastanındakı Eyvaz obrazının kökü Sinay-Alban yazılarında gizlənib: “Şuşanikin yeddi il zindan həyatı alban xalqının müqavimət ruhunu bütün Qafqaza yaydı. Ermənilərin saxtalaşdırdığı Şuşanik dastanı əslində Azərbaycan qəhrəmanlıq tarixinin parçasıdır. Qorq Aslanın Şuşanikin qəbrini açdırması  ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı”.

İ.Cəfərsoy Qorq Aslanın Şuşanikin sümüklərini çıxarıb yenidən dəfn etdirməsi, Azərbaycan tarixində unudulan müqəddəs qız Şuşanikin qəhrəmanlı, Sinay dağının ətəyində qurulan Alban monastırındakı Azərbaycan izlərindən söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 5-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 05.11.2025 23:43
“Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı” - VİDEO
Siyasi, Sosial / 05.11.2025 16:09
Hümbət Hüseynov: “ELDA-nın məqsədi vətəndaş iştirakını dayanıqlı prosesə çevirməkdir”
Elm və təhsil / 05.11.2025 14:31
“Hayların saxtalaşdırdığı Şuşanik dastanı” – ANONS - VİDEO
Siyasi, Sosial / 04.11.2025 23:09
Bayburd, Bəydağ, Baydarçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Təhlil / 04.11.2025 18:57
“Azərbaycanın bütün enerji layihələri regional sabitliyə yönəlib ” - FOTO - VİDEO
Elm və təhsil / 04.11.2025 16:04
Əli Hüseynli: “Elm və texnologiyanın sintezi – innovativ inkişafın əsasıdır”
Siyasi / 04.11.2025 15:00
V əsrdən mövcudolan türk yurdu – ANONS - VİDEO
Mətbuat / 04.11.2025 14:06
“AnewZ” 1 yaşını qeyd edir
Müsahibə, Siyasi / 04.11.2025 13:22
“Misirdə imzalanan sənəd çox “kövrəkdir” – ANONS - FOTO
İdman / 04.11.2025 09:25
Xatirə Turniri başa çatır: final matçı və bombardirlər CƏDVƏLİ
Müsahibə, Video müsahibə / 03.11.2025 22:56
“Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır” - VİDEO
Mədəni, Siyasi / 01.11.2025 23:11
“1937 repressiyaları və irəvanlı ziyalıların faciəsi” - VİDEO
Siyasi, Sosial / 31.10.2025 23:34
“Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir” - FOTO - VİDEO
Siyasi, Sosial / 31.10.2025 14:22
“İti üstümüzə qısqırdırdılar” – Müzəffər Qəhrəmanovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Mətbuat / 31.10.2025 11:22
İqtisadiyyat.az 7 yaşını qeyd edir
Təhlil / 30.10.2025 23:44
“Seçkidən sonra Qərbi Azərbaycana qayıdışa strat verilə bilər” - VİDEO
Siyasi / 30.10.2025 14:42
Ermənistan bazarına daxil oluruq – ANONS - VİDEO
Elm və təhsil / 29.10.2025 23:51
“Ararat adının kökü Arar və Urar mələkləri ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 29.10.2025 14:45
Qaraçılarla ermənilər niyə oxşardır? – ANONS - VİDEO
İdman / 29.10.2025 09:33
Turnirin YARIMFİNAL oyunları – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 28.10.2025 23:14
Bayandur, Bayandur bulağı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 28.10.2025 19:09
“Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır” - FOTO - VİDEO
Sosial / 28.10.2025 14:46
Bayandurdan Vağatura – saxta erməni planı – ANONS - VİDEO
Müsahibə / 28.10.2025 13:22
Qərbi Azərbaycan – Vahid Vətənin tərkib hissəsi – ANONS - VİDEO
İdman / 28.10.2025 08:22
Xatirə Turnirinin YARIMFİNAL mənzərəsi - FOTO
Müsahibə / 27.10.2025 22:32
“Andranik ermənilərə yazdığı məktubda özünü ifşa edib” - VİDEO