Qoşqar Həsənov: “AtaBank”ın bağlanması “AtaSığorta”ya təsiri yoxdur
Cəmiyyətdə fəaloyyətinə rəsmi şəkildə son qoyulan “AtaBank”ın əmanətlərinin böyük hissəsinin “AtaSığorta”da sığortalandığı, hətta adıçəkilən sığorta şirkətinin səhmdarının “AtaBank” olduğu və bunun da sözügedən sığorta şirkətinin fəaliyyətinə mənfi təsir edəcəyi məlumatı dolaşır.
Rakus.az xəbər verir ki, “AtaSığorta”nın İdarə Heyəti sədrinin birinci müavini Qoşqar Həsənov bu məsələlərə aydınlıq gətirib.
O sözügedən məsələ barədə ABC.AZ-a bildirib ki, “Atabank”ın bağlanması şirkətlərində heç bir çətinlik yaratmır və onlara mənfi təsiri də yoxdur.
Q. Həsənov deyib ki, “Atabank” onların səhmdarı deyil: “Atabank” “Snergy Group”-a aitdir. Bizim səhmdar “Ata Holdinq”dir. “AtaBank”-ın Atasığortaya heç bir aidiyyatı yoxdur. Qaldı ki, onların sığortalanmasına “Atabank” bütün sığorta şirkətləri ilə əməkdaşlıq edirdi. Yəni bütün sığorta şirkətlərində lazımi növlər üzrə sığorta məhsullarını sığortalayırdılar. Bizim onların hər hansı məhsulunu sığortalamağımızla da bağlı heç bir problem yoxdur. Bütün ipotekalar İpoteka və Kredit Zəmanəti Fonduna keçib, onların vasitəsi ilə aidiyyatı banklara ötürülür. Ondan sonra da hansı sığorta şirkətini müştəri seçirlərsə, o şirkəti ilə də yenidən ipotekaların sığortalanması davam etdirilir”.