Siyasi 26.06.2020 18:00

Qoşulmama Hərəkatının UNESKO yanında ilk iclası oldu - FOTO

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESKO yanında qrupunun onlayn formada ilk iclası keçirilib.

Rakus.az xəbər verir ki, Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimovun sədrliyi ilə keçirilən ilk qrup iclasında qurumun baş direktorunun Xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko, Qoşulmama Hərəkatına üzv və müşahidəçi dövlətlərin UNESKO yanında daimi nümayəndələri iştirak ediblər.

Səfir Anar Kərimov iclası açaraq COVID-19 pandemiyasının dünyanın bütün ölkələrinə, eləcə də iqtisadiyyat, təhsil və mədəniyyət, xüsusilə də səhiyyə sahələrinə mənfi təsirlərindən danışıb. Bildirib ki, pandemiyanın mənfi təsirlərini minimuma endirmək üçün mübarizə davam edir, ölkələr və beynəlxalq təşkilatlar pandemiya ilə mübarizəyə səfərbər olunublar.

UNESKO-nun COVID-19 pandemiyasının təhsil, elm, mədəniyyət və rabitə kimi sahələrə təsirlərini minimuma endirmək üçün gördüyü tədbirləri xatırladan A.Kərimov qurum tərəfindən pandemiya ilə bağlı irəli sürülən təşəbbüslərin və layihələrin alqışlandığını bildirib.

Qeyd edilib ki, vəziyyətin necə olmasından asılı olmayaraq, təhsilin davamlılığı təmin edilməli, mədəniyyətimiz qorunmalı və bu çətin dövrlərdə yanlış məlumatlara qarşı mübarizə gücləndirilməlidir. “Biz yalnız birgə fəaliyyətlə bu çətin sınaqdan uğurla çıxa bilərik”, – deyən A. Kərimov vurğulayıb ki, Qoşulmama Hərəkatı çoxtərəfliliyi dəstəkləyir.

UNESKO-nun Baş direktorunun müavini Firmin Eduard Matoko qrup iclasının təşkilinə görə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana, eləcə də qumunun yanındakı daimi nümayəndəliyimizə təşəkkürünü bildirib. O, Hərəkatın tarixinə nəzər salıb, onun rolundan və UNESKO-nun fəaliyyətinə dəstəyindən söz açıb. Qeyd edib ki, UNESKO-nun Qoşulmama Hərəkatına xüsusi əhəmiyyət verir.

COVID-19 pandemiyasının təsirlərindən danışan Baş direktorun müavini qurumun müxtəlif sahələrdə gördüyü tədbirlərdən bəhs edib. Diqqətə çatdırıb ki, mediada gedən maarifləndirmə kampaniyası pandemiyanın təkcə sanitar böhran olmadığını, bu faciənin cəmiyyətlərin müxtəlif sahələrinə, eləcə də UNESKO-nun missiyasına mənfi təsir etdiyini bir daha göstərib. Pandemiyanın təhsilə mənfi təsirlərindən danışan Firmin Eduard Matoko özünütəcrid rejimi müddətində 3 milyondan çox məktəblinin təhsildən uzaq düşdüyünü bildirib. Vurğulayıb ki, bir çox ölkələrdə, xüsusilə də Afrikada əhalinin yalnız 10 faizinin internetə çıxışı var və buna görə də orada distant təhsilin keyfiyyəti qənaətbəxş deyil. Diqqətə çatdırıb ki, hazırda dünyanın çoxtərəfliliyə, həmrəyliyə və qarşılıqlı əməkdaşlığa daha çox ehtiyacı var.

Sonra səfir Anar Kərimov UNESKO-nun İcra Şurasının 209-cu sessiyasında ölkəmizin Qoşulmama Hərəkatının sədri qismində səsləndirəcəyi bəyanatı təqdim edib. Bəyanat yekdilliklə qəbul olunub.

İclasda Azərbaycanın hazırda bəşəriyyət üçün ən böyük çağırış olan, birliyə, həmrəyliyə və yeni qarşılıqlı əməkdaşlığa əsaslanan qlobal cavab zərurəti yaradan koronavirusun sürətlə yayılmasından dərin narahatlığı ifadə edilib.

Qoşulmama Hərəkatının UNESKO yanında ilk iclası işini qarşılıqlı fikir mübadiləsi ilə davam etdirib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO