Ramin Bayramlı: “Karantin rejimini yumşaltmaq olar”
“Karantin rejiminin sonlandırılması üçün tövsiyələr hazırlayırıq”.
Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O deyib ki, karantin rejiminin tam aradan qaldırılması ilə yenidən kütləvi yoluxmalar baş verə bilər: “20 apreldən etibarən karantin rejiminin artırılması üçün müraciət hazırlayırıq. Hazırda statistika araşdırılır. Karantin tədbirlərini tədricən və nəzarətdə saxlamaqla yumşaltmaq olar. Bunun tam qaldırılması ikinci dalğa ilə yoluxmanın artmasına səbəb olar”.
Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusun hansı genotipinin yayılması araşdırılır: “Xaricdə təhsil almış müasir təhsilə malik şəxslər bu tədqiqatlara cəlb olunub. Azərbaycan əhalisinin sayına görə ən çox test icra edən ölkələrdəndir”.