Gündəm 09.06.2020 19:27

Ramin Bayramlı karantinlə bağlı SON MƏLUMATLARI açıqladı - FOTO

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilib.

Rakus.az xəbər verir ki, brifinqdə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak ediblər.

Konfransda ölkədə elan olunan iki günlük sərt karantin rejimi və bunun nəticələri ilə bağlı məlumat verilib.

“Az da olsa, çörək satışı yerlərində müəyyən xoşagəlməz hadisələr gördük. Sonrakı dövrdə tullantı qablarına çörəklərin atılmasının şahidi olduq. Ola bilsin ki, ilk dövrlərdə vətəndaşlarımız arasında təşviş yarandı. Sonrakı dövrlərdə, inanırıq ki, belə hallar müşahidə edilməz”.

Onun sözlərinə görə, ötən həftəsonu vətəndaşlarımız məhdudiyyətlərə ciddi əməl etdi: “Vətəndaşlarımız bizimlə həmrəylik nümayiş etdirdilər və sonrakı dövrdə, çox güman ki, biz bunun nəticəsini görərik”.

Sədr əlavə edib ki, keçən həftədən fərqli olaraq, karantin rejiminin tətbiq olunacağı bölgələrin sayı artırılıb.

“Həftəsonu sərt karantin rejimində təcili tibbi yardım xidmətinə müraciətlər kəskin artmışdı. Biz bunu gözləyirdik”.

Sədr bildirib ki, apteklər bağlı olduğu üçün təcili yardıma müraciətlər çoxalıb: “Bundan sui-istifadə halları da var idi. Vətəndaşları bu barədə anlayışlı olmağa çağırıram. Belə sui-istifadə hallarına yol verildikdə, digər vacib xəstələr üçün gedişlər gecikir. Vətəndaşlarımız xroniki xəstəliklərini bilirlər və buna uyğun əvvəlcədən dərmanlarını ala bilərlər. Eyni zamanda, uşaqlar üçün hərarəti aşağı salan dərmanları, o cümlədən, reseptsiz satılan preparatları ala bilərlər”.

“Bu həftənin cümə günü adi iş rejimi olacaq. Şənbə günü isə iş günləri onsuz da qısa olur”.

Sədr qeyd edib ki, həmin gün 65 yaşdan yuxarı insanların zərurət yaranmadıqca, evdən çıxmaması tövsiyə edilir.

R.Bayramlı əlavə edib ki, bu dəfə karantin qadağaları tətbiq ediləcək ərazilər genişlənib: “Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonları da sərt karantin rejiminin tətbiq ediləcəyi siyahıya əlavə edilib”.

“Yuxarı tənəffüs yollarından götürülən yaxmalarda koronavirus aşkarlanmayan xəstələr digər xəstəxanaların infeksion şöbələrində müalicələrini davam etdirirlər”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, onların arasında vəziyyəti kifayət qədər ciddi olan xəstələr də var.

“Həmin şəxslər tibb işçilərinin nəzarəti altında koronavirus xəstəliyinin protokoluna uyğun, digər xəstəliklər inkar olunmaq şərtilə müalicə olunurlar”, – o deyib.

“Ötən həftəsonu dializ xəstələri ilə bağlı problemlər yaşandı”.

“Bu həftənin şənbə günü dializ xəstələri artıq xəstəxanaya gedə biləcək. Bazar günü isə xəstəxanalarda dializ xidməti göstərilmir”, – deyə R.Bayramlı qeyd edib.

O, Azərbaycanda koronavirusa yoluxanların yaş faizi açıqladı.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanların 21 faizi 50-59 yaş, 18 faizi 30-39 yaş, 15 faizi isə 40-49 yaş arasında rast gəlinir: “Virus insandan insana yoluxduqca, mutasiya olunmaq imkanı qazanır. Gənclər arasında koronavirusa yoluxma sayının və xəstəliyi ağır keçirənlərin sayının artması müşahidə edilir. 30-39 yaşı əhatə edən şəxslər arasında xəstəliyi ağır keçirən hallar mövcuddur. Belə hallar evdə müalicəyə cəhd edildikdə müşahidə olunur”.

Sədr qeyd edib ki, indiyə qədər yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir”.

“Apardığımız müşahidələrə görə, son 10 gündə yeni yoluxanlarla sağalanlar arasındakı fərqin dinamikası arzuolunan səviyyədə deyil”.

Sədr bildirib ki, vəfat edənlərin və ağır halların sayının artması da müşahidə olunur:  “25-31 may həftəsində 1 273 nəfər koronavirusa yoluxub, 821 nəfər sağalıb, 14 nəfər vəfat edib. Yoluxanların sayı sağalanların sayından çoxdur. 1-7 iyun həftəsində yeni yoluxanların sayı 2 059 nəfər, sağalanların sayı isə 721 nəfər olub. Ölənlərin sayı 25 nəfərə çatıb. Yoluxanların sayı sürətlə artır. Vəziyyəti ağır olan və ölənlərin də sayı sürətlə çoxalır”.

“Azərbaycanda koronavirusa kütləvi yoluxmalar ictimai nəqliyyatda, iaşə obyektlərində məsafənin saxlanılmaması, marketlərdə növbələrin gözlənilməməsi nəticəsində baş verib”.

“Operativ qərargah növbəti həftə ərzində sərt karantin rejimi günləri ilə bağlı qərar qəbul edib. Gələn həftənin beşinci günü iş günü müəyyən edilib”.

Sədr qeyd edib ki, şənbə günü də hərəkətə məhdudiyyət qoyulacaq: “Bazar günü vətəndaşların istirahəti üçün saxlanılıb. Növbəti həftələrdə tətbiq olunacaq sərt karantin rejimində isə bazar günü təması minimum saxlamaq üçün bir sıra məhdudiyyətlər tətbiq edilə bilər”.

R.Bayramlı qeyd edib ki, gələn həftənin qaydaları ilə bağlı əlavə məlumat veriləcək.

“Virus insandan insana yoluxduqca, mutasiya olunmaq imkanı qazanır. Yuxarı tənəffüs yollarında xəstəliyin aşkar edilməməsi virusun mutasiyaya uğramaması demək deyil”.

Sədr bildirib ki, xəstəliyin gecikmiş formasında tibb işçiləri bir sıra problemlərlə üzləşirlər: “Belə hallarda xəstəliyin diaqnozu çətinləşir və xəstələrdən narkoz altında aşağı tənəffüs orqanlarından yaxma götürülür. Bu isə çətin prosedurdur”.

“Koronavirusa yoluxanlar arasında həkimlərimiz də var. Xəstələri süni tənəffüsə qoşmaq çətin prosesdir. Bu zaman xəstələrdən ətrafa aerozol formasında virus yayılır və həkimlərimiz yoluxur”.

Ramin Bayramlı bildirib ki, Tibb Universitetinin Tədris-terapevtik korpusunda çalışan həkim, həmçinin, Ağciyər Xəstəlikləri  İnstitutunda çalışan həkimlərdən koronavirusa yoluxanlar var”.

“Həkimlərin ailə üzvlərindən də yoluxanlar olub. Tibb işçilərinin arasında xəstəlik ağır keçir. Çünki onların xəstələrin arasında olması yüksək dozada virusun qəbul olmasına şərait yaradır”, – o əlavə edib.

“İstər nəqliyyat vasitələrində, istərsə də havalandırma sistemi olan yerlərdə hava içəridə sirkulyasiya edirsə, bu cihazların fəaliyyəti məhdudlaşdırılmalıdır”.

Sədr qeyd edib ki, belə olan halda virusun yayılma sürəti artır: “Bu barədə Bakı Nəqliyyat Agentliyi ilə fikir mübadiləsi aparılır. Hazırda havaların dözülməz dərəcədə isti olduğu dövrdə deyilik. Havalar isindikcə bu barədə də qərar qəbul ediləcək”.

“Yaxma götürülən vaxt koronavirus xəstəliyinin diaqnositika alqoritminə uyğun hərəkət edilir”.

Sədr qeyd edib ki, yuxarı tənəffüs yollarının xəstəliyi zamanı təcili tibbi yardıma müraciət edilməlidir: “Test üçün yuxarı tənəffüs yolundan yaxma götürülür. Analizin ÜST tərəfindən təsdiq olunmuş bir metodu var. Heç bir ekspress-testin diaqnostik əhəmiyyəti və etibarlılığı yoxdur. Əgər xəstəlik aşağı tənəffüs yollarına keçərsə, analizdə çıxmaya da bilər”.

“Əgər nəfəs darlığı rast gəlinirsə, xəstələr kompüter tomoqrafiyasından keçirilir və ağciyərlərdə kölgələr müşahidə olunarsa, digər xəstəxanaların infeksiya şöbəsinə yerləşdirilir, müalicə alırlar. Daim nəzarət altında saxlanılırlar”, –  R.Bayramlı əlavə edib.

O deyib ki, çörək təminatı ilə bağlı ötən həftəsonu problem olmayıb: “İyunun 16-da mağazaları çörəklə təmin etmək üçün ayın 15-də çörək zavodunun əməkdaşları işə gələ bilərlər”.

“Növbətçi apteklər xüsusi karantin rejimində işləməyəcək”.

Ramin Bayramlı bildirib ki, hər kəs xroniki xəstəliyini bilir. Həmin dərmanları əldə etsinlər. Ağrıkəsiciləri, hərarəti aşağı salan preparatları hər kəs ala bilər. Ötən həftə bununla bağlı ciddi problem yaşamadıq. Bununla bağlı təcrübəmiz var. Hər hansı müraciət olarsa, təcili yardım xidməti sui-istifadə halına yol vermədən öz dəstəyini göstərəcək..

“Karantin müəssisələri həftədə 200-500 nəfəri qəbul etmək imkanına malikdir. Ölkəmizə gətirilən vətəndaşlarımız yerləşdirildikləri xəsrtəxanalarda müayinədən keçirilir”.

Sədr qeyd edib ki, pozitiv hallar olduqda, onlarla təmasda olanların karantində saxlanılmasına davam edilir: “Bu hal dəyişə bilər. Xəstə sayı artdıqca, cəlb olunan həkimlərin sayı artır. Bir reanimasiya xəstəsinə sutka ərzində 10 həkim xidmət edir. Süni nəfəs aparatına qoşulduqda beş xəstəyə bir təcrübəli həkim-reanimatoloq tələb olunur. Ən yaxşı halda iki xəstəyə bir tibb bacısı tələb olunur. İndiyə qədər tibbi heyətlə bağlı çatışmazlığa rast gəlinməyib”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO