Koronavirus 01.05.2020 22:53

Ramin Bayramlının çıxışından SİTATLAR

Nazirlər Kabineti yanında Operativ Qərargahda mətbuat konfransı keçirilib.

Rakus.az xəbər verir ki, mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı mühüm məlumatlar verib.

Onun çıxışından lazım olan sitatları təqdim edirik.

Tibbi maskalardan istifadənin məcburiliyi

Azərbaycanda tibbi maskalardan istifadənin məcburi olması ilə bağlı müraciət etmişik. Bir sıra müəssisələrdə və qapalı sahələrdə maskalardan istifadə məcburi olacaq. Onun icra məcburiyyətinin necə yerinə yetirilməsi digər dövlət qurumlarının səlahiyyətində olan məsələdir.

Tibb işçiləri kütləvi şəkildə koronavirusa yoluxub

Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin 90 faizi sağalaraq evə yola salınıb. Son günlərdə tibb işçiləri arasında yoluxma tendensiyası və artım müşahidə edilmir. Tibb işçilərinin onlara təqdim edilən qaydalara riayət etməsi və fərdi qoruyucu vasitələrdən istifadə etməsi nəticəsində yoluxma sayı azalıb. Gəncə şəhərində kütləvi şəkildə tibb işçilərinin koronavirusa yoluxması barədə yayılan məlumatlar yalandır. Gəncədə dezinfeksiya stansiyasının işçiləri arasında yoluxma olub və rəqəm o qədər də böyük deyildi.

Koronavirus dövründə hərbi xidmətdə olanlarla bağlı 

Əsgər yaxınlarının onların yanına getməsinə icazə yoxdur. Hərbi hissələrdə xidmətini başa vuranların evə qayıtması xüsusi qaydalarla tənzimlənəcək. Bu istiqamətdə qaydalar hazırlanıb və ölkə rəhbərliyinə, müvafiq qurumlara təqdim olunub. Ümumi razılığa əsasən, qaydalar tətbiq ediləcək. Bu qaydalar tətbiq edilməzsə, hərbi hissələr və qapalı cəzaçəkmə müəssisələrini qoruya bilmərik.

Azərbaycanda bu zonalarda koronavirus daha təhlükəli həddədir 

Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri narıncı zonadır. Naxçıvan Muxtar Respublikası və digər şəhər və rayonlarda epidemioloji vəziyyət sabitdir. O ərazilər sarı zolaqla qeyd edilib. Yaşıl rənglə işarələnmə koronavirusa yoluxma olmayan və karantin rejimi məhdudiyyətlərinin aradan qaldırılmasından sonra qeyd olunacaq. Aktiv yoluxma halları 50-dən az olduqda sarı, çox olduqda isə narıncı zolaqla qeyd olunur. Aktiv yoluxma halları 100-dən çox olduqda – Bakı şəhərində bu hal 500-dən yuxarı olarsa – qırmızı rənglə qeyd olunacaq və həmin ərazidə karantin rejimi sərt şəkildə tətbiq ediləcək. Hazırda ölkəmizdə sarı və narıncı rənglərə uyğun epidemioloji vəziyyət mövcuddur.

İctimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq 

İndiyə kimi 11 minə yaxın vətəndaşımız hava nəqliyyatı ilə ölkəmizə gətirilib. “Evə gedirəm” portalı vasitəsilə 205 vətəndaşı qəbul edəcəyik. Onlar 14 gün xüsusi rejimli xəstəxanalarda qalacaqlar. Xəstəliyin peyvəndinin tapılması yaxın gələcəkdə real görünmür. Bir müddət ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq.

Bu halda karantin rejimi yenidən sərtləşdiriləcək 

50-59 yaş arasında yoluxma 22 faiz, 0-9 yaş arası yoluxma 5 faiz, 80 yaşdan yuxarı yoluxma isə 2 faizdir. Vəfat edənlər arasında 60-69 yaşlılar üstünlük təşkil edir. 11 nəfərdə bu hal müşahidə olunub. Onlarda əsasən, yanaşı gedən xəstəliklər olub. Məhdudiyyətlərə əməl edilməsə, karantin rejimi sərtləşdiriləcək.

Bu ərazilərdə koronavirusa yoluxma artıb 

Hazırda ən çox aktiv yoluxma halları Gəncə və Lənkəranda qeydə alınıb. Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarında koronavirusa yoluxma halları üstünlük təşkil edir. Bakı şəhərində koronavirusa yoluxma 50 faizdən yuxarıdır. Sumqayıt şəhərində isə virusa yoluxma 3,2 faizdir. Burada da əhalinin sıxlığı önəmlidir.

Gəncə və Lənkəran şəhərlərində də yoluxma halları üstünlük təşkil edir. Həmçinin, qeyd etmək lazımdır ki, qadınlar arasında yoluxma yenə də üstünlüyünü qoruyur.

Koronavirus testləri ilə bağlı 

İndiyə qədər Azərbaycanda 150 minə yaxın koronavirus testi icra olunub Azərbaycanda 1326 xəstə koronavirusdan sağalıb. 92 yaşlı nənə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunaraq evə göndərilib. Türkiyədən gələn həkimlər Bakıda missiyalarını bitiriblər. Onlar Gəncə, Goranboy, Şəmkir və Ağdaş rayonlarına gedəcəklər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO