Ramiz Mehdiyev Akif Əlizadəni sərt tənqid etdi
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Akademiyanın ümumi yığıncağında akademiyanın sabiq prezidenti Akif Əlizadəni sərt tənqid edib.
Rakus.az xəbər verir ki, Ramiz Mehdiyevin fikrinin bəzi detallarını təhsil üzrə ekspert Etibar Babayev ağıqlayıb:
“Yaradılmasından 3 il keçməsinə baxmayaraq Yüksək Texnologiyalar Parkında da işlər müasir tələblər səviyyəsində qurulmayıb. Onlar rusların bir sözü var – “pakazuxa”lıqla məşğul olublar”.
“Dövlət hər il Azərbaycan Milli Elmlər Akademiyasına böyük məbləğdə vəsait ayırır. Lakin əvəzinə, demək olar ki, heç bir fayda əldə etmir. Bu istiqamətdə işimizi təhlil edib onu yenidən qurmalıyıq”
“Akademiya büdcəsinin yalnız 2%-i büdcədənkənar vəsaitlər hesabına təşkil olunur. Bu da onu göstərir ki, akademiyada elmi nəticələrin və innovasiya texnologiyalarının işlənib hazırlanması olduqca zəif qurulub”.
“Avropa Komissiyası beynəlxalq elmi layihələrə 80 milyon avro vəsait ayırıb. Yenə də təəssüf hissi ilə qeyd edim ki, alimlərimizin bu layihələrdə iştirakı lazımi səviyyədə olmayıb.”
Bu da xaricin pulu…
Ekspert sonda xatırladıb ki, elmi işçisinin əməkhaqqı 300 manat civarında olan AMEA-nın prezidenti A. Əlizadə 200.000 dollarlıq maşında gəzirdi.