Ramiz Mehdiyev bu vəzifədən də AZAD EDİLDİ
Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən – Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.
Rakus.az xəbər verir ki, bu barədə Modern.az-a Dövlət İdarəçilik Akademiyasından məlumat verilib.
Akademiyadan bildirilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib. Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.
Xatırladaq ki, bir müddət əvvəl prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənovun da ali təhsil ocağındakı vəzifəsindən uzaqlaşdırlması ilə bağlı xəbər yaymışdı. Onun yerinə Namiq Əliyev seçilib. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının bir müddət öncə bu ali təhsil ocağındakı 6 kafedraya müdir vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə artıq yekunlaşıb.