Gündəm 04.09.2020 15:46

Ramiz Mehdiyev və Əli Həsənovun Qurban Məmmədova bəxşiş etdiyi mülklər – SİYAHI

Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən mənzillərlə bağlı yeni məlumatlar yayılıb.

Rakus.az xəbər verir ki, Q.Məmmədov Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənovla sövdələşməyə gedərək saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kvadrat metr kimi rəsmiləşdirib.

Belə ki, 2011-ci ildə  “Gilan” MMC-yə məxsus olan “AzərTrans” MMC həmin ərazidən tikinti məqsədilə sakinləri köçürməyə başlayıb. Q.Məmmədov isə saxta yolla 480 kvadrat metr yazdırdığı ərazi müqabilində əmlakın verilməsi ilə razılaşmayıb. Onunla bu məsələdə sövdələşməni Nərimanov rayon İcra başçısının müavini Şahmar İbadov və Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin idarə rəisinin müavini İbrahim Hüseynov aparıblar.

Daha sonra Əli Həsənov Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevə əmr edib ki, sözügedən məsələni həll etsin. Abdin Fərzəliyev isə tərəddüd edərək məsələni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O, icra başçısına zəng edib və üstünə qışqıraraq Q.Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb.

Yeri gəlmişkən, Əli Həsənovla Abdin Fərzəliyevin yaxınlığı sirr deyil. Dəfələrlə müəmmalı və gizli şəkildə Rusiyaya birgə səfər ediblər. Keçən ilin may ayında həm Həştərxana, həm də Moskvaya qeyri-rəsmi məxfi səfər ediblər və orada gizli danışıqlar aparıblar. Alkaponi adlı və kriminal keçmişi olan bir adamı qanunsuz olaraq Rusiyanın müvafiq orqanları ilə sövdələşməyə girərək Rusiyada Azərbaycan diasporunun rəhbəri elan edilməsini razılaşdırıblar.

Beləliklə, Əli Həsənov və Ramiz Mehdiyev tərəfindən gedən tapşırıqlar əsasında Nərimanov rayonu M.Nağıyev küçəsi 19/27-ci məhəllə 2a saylı ünvanda inşa edilən binada 3 mənzil Qurban Məmmədova verilib. Bu mənzillərin ümumi sahəsi 306,5 kvadrat metr,  qeyri-yaşayış sahəsi isə 909 kvadrat metrdir. Həmçinin 80 kvadrat metr qaraj verilib.

Ümumilikdə, Qurban Məmmədov saxta yolla 130 kvadratdan 480 kvadrat yazdırdığı sahə müqabilində “Atlant İnşaat”ın tikdiyi yeni binada 1295,5 kvadrat metr ərazi əldə edib.

Bu sahəyə görə Q.Məmmədovun 1 milyon 324 min 500 manat pul ödədiyi deyilsə də, faktiki olaraq bu pul ödənilməyib. Bu əməliyyat tam şəkildə qanunsuzdur.

Bu məqamda Qurban Məmmədov və onun ailəsinin mülklərinin siyahısını təqdim edirik:

1. Murtuza Nağıyev küçəsi 4A ünvanında 190 kvadrat metr qeyri yaşayış sahəsi. Onun öz adınadır.

2. Həmin küçədə 4/6 ünvanda 184 kvadrat metr qeyri-yaşayış sahəsi. Onun öz adınadır. “Wellmax” şirkətinə kirayə verib.

3. Həmin ünvanda 193 kvadrat metr sahəsi olan mənzil onun arvadı Mehbarə Məmmədovanın adınadır.

4. Həmin ünvanda 193 kvadrat metr mənzil qızı Turan Haqverdiyevanın adınadır.

5. Həmin ünvanda 143 kvadrat metr qeyri-yaşayış sahəsi qızı Günel Məmmədovanın adınadır.

6. Q.Məmmədovun Mehdiabad qəsəbəsində 3 torpaq sahəsi var. Ümumi sahəsi 1 hektardır.

7. Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsi 11 ünvanda fərdi yaşayış evi Q.Məmmədovun adınadır.

8. Xocəsən qəsəbəsi Fərhad Ağazadə küçəsi 2 fərdi yaşayış evi qızı Turan Haqverdiyevanın adınadır.

9. Nərimanov rayonu Daşkarxanası küçəsi 163 B ünvanı fərdi yaşayış evi oğlu Elnur Məmmədovun adınadır.

10. Şəki şəhəri R.Kazımov küçəsi 23 saylı fərdi yaşayış evi qızı Günel Məmmədovanın adınadır.

11. Biləcəri qəsəbəsi E.Hüseynov küçəsi 56 mənzil 4 ünvanında əmlak arvadı Mehbarə Məmmədovanın adınadır.

12. Məmmədli kəndi Zabrat-Kürdəxanı qolunun qərb hissəsində 2 saylı binada 42 nömrəli mənzil oğlu Elnur Məmmədovun adınadır.

13. Nərimanov rayonu Əliyar Əliyev küçəsi 7A saylı binada 32 nömrəli mənzil qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.

14. Nizami rayonu B.Nuriyev küçəsi 27, mənzil 82 qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.

Sayt qeyd edib ki, məsələ ilə  bağlı araşdırmalar davam edir. Qurban Məmmədovun Əli Həsənovun patronajlığı altında əldə etdiyi əlavə sərvətləri, mülkiyyət və əmlakların siyahısını dəqiqləşdirilir.

Bütün bu faktlar onu göstərir ki, Qurban Məmmədov Əli Həsənovun ciddi dəstəyi olmadan bu qədər sərvəti və var dövləti əldə edə bilməzdi. Əli Həsənov Qurban Məmmədovu maliyyələşdirib və onun söyüş kampaniyasının arxasında durub.

Eyni zamanda, ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən Qurban Məmmədovun saxta yollarla öz əmlakını 480 kvadrat metr yazdırması, adı keçən dövlət məmurları ilə sövdələşərək pul ödəmədən 1300 kvadrat metr əmlak əldə etməsini araşdırılmalıdır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO