Ramiz Məmmədov İran klubu ilə danışıqlar aparır
“Keşlə” klubunun koordinatoru Ramiz Məmmədovla maraqlanan İran klubunun adı müəyyənləşib.
Rakus.az xəbər verir ki, 52 yaşlı mütəxəssis yüksək liqa təmsilçisi “Saypa” ilə danışıq aparır.
Tərəflər arasında hətta ilkin razılıq da əldə olunub. Hələ ötən il “Saypa”nın prezidenti Reza Darviş Bakıya gələrək, Məmmədovla görüşüb. Ancaq komandanın ardıcıl qələbələr qazanması baş məşqçinin postunda qalmasına səbəb olub. Ardından gücləndirilmiş karantin səbəbindən beynəlxalq uçuşların dayandırılması baş məşqçi dəyişikliyini yubadıb.
Yenidən bu məsələ gündəmə gəlib. Tərəflər əvvəlki şərtlərlə razılıq əldə ediblər. Ramiz Məmmədov hətta köməkçilərini də müəyyənləşdirib. O, İrana gedəcəyi təqdirdə Mehman Baxışov, Kənan Kərimov və Elxan Abdullayevi də özü ilə aparacaq. Hətta gürcüstanlı Badri Kvaratsxeliyanın da məşqçi korpusuna cəlb olunması istisna deyil.
“Saypa” İran çempionatında 7 turdan sonra 8 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.