Siyasi 25.02.2025 19:12

“Rəssamların sayəsində İrəvanın tipik şərq şəhəri olduğunu görürük” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı İrəvan  İcmasının sədri Fəridə Səfiyeva olub.

O, qədim türk şəhəri kimi İrəvanın siyasi və coğrafi əhəmiyyətindən, bu şəhərin zəngin tarixi, məhv edilən maddi, mənəvi abidələri və mədəni irsi barədə danışıb: “İrəvan strateji məkanda yerləşdiyinə görə şəhər müxtəlif illərdə dəfələrlə əldən ələ keçib. Bu gün rəssamların sayəsində İrəvanın tipik şərq şəhəri olduğunu görürük. Alimlər İrəvanın dağıdılmış memarlıq abidələri üzərində araşdırma aparırlar. Mənim ulularım İrəvan şəhərində doğulub, böyüyüb, yaşayıb. Babam uzun müddət İrəvanda prokurorluq sistemində işləyib. Ermənilər onu şərləyib həbs etdirib Sibirə sürgünə göndəriblər”.

Onun sözlərinə görə, haylar həmişə İrəvanda etnik təmizləmə, erməniləşdirmə və izlərin itirilməsi siyasəti aparıblar: “Vaxtilə İrəvanda erməni adında ev, küçə olmayıb, əksəriyyət Azərbaycan adları olub. Ermənilər planlı şəkildə İrəvana məskunlaşdırılıb. Küçələri, məhəllələri başqa necə adlandırmaq olardı ki, orada ancaq azərbaycanlılar yaşayırdı?! Ermənilərin planlı şəkildə məskunlaşdırılması azərbaycanlıların qovulmasına səbəb oldu. Savadlı azərbaycanlılar ermənilərə lazım deyildi”.

İcma sədri “İrəvan: Tarixi həqiqətlər və şəxsiyyətlər” adlı kitabının işıq üzü gördüyünü də bildirib: “Dünya ictimaiyyəti gözəl İrəvan şəhəri haqqında həqiqətləri bilməlidir. İrəvanda çox tarixi şəxsiyyətlər yetişib. Onlardan biri də görkəmli rəssam Mirzə Qədim İrəvanidir. Prezident sərəncamı ilə Bakıda onun 200 illik yubileyi qeyd olunacaq. Mirzə Qədim İrəvaninin İrəvan tarixinə böyük töhfəsi olub”.

F.Səfiyeva sonda vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış və tarixi torpaqlarımıza yenidən qovuşmaq hər birimiz üçün vacib işdir: “Qərbi azərbaycanlıların Vətənə qayıdışı mütləq reallaşacaq. Ölülər qarşısında borcumuz ata-baba yurdumuza qayıtmaqdır. Bizim doğma torpaqlarımıza qayıtmaq hüququmuz var”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə fevralın 25-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«Благодаря художникам, мы видим, что Иреван типичный восточный город» 

Сегодня на Бакинском телевидении подготовлен выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван была Фарида Сафиева, председатель Иреванской Общины.

Она рассказала о политическом и географическом значении Иревана как древнего тюркского города, его богатой истории, разрушенных материальных и духовных памятниках, культурном наследии: «Благодаря своему стратегическому расположению Иреван на протяжении многих лет неоднократно переходил из рук в руки. Сегодня, благодаря художникам, мы видим, что Иреван — типичный восточный город. Ученые проводят исследования разрушенных архитектурных памятников Иревана. Мои предки родились, выросли и жили в городе Иреване. Мой дедушка долгое время работал в прокуратуре Иревана. Армяне оклеветали его, арестовали и отправили в ссылку в Сибирь».

По её словам, хаи всегда проводили политику этнической чистки, арменизацию и стирание следов в Иреване: «Когда-то в Иреване не было ни одного квартала или улицы с армянскими названиями, большинство имели азербайджанские названия. Армяне планомерно переселялись в Иреван. Как иначе могли называться улицы и кварталы, если там проживали только азербайджанцы?! Планомерное заселение армян привело к изгнанию азербайджанцев. Армянам не нужны были образованные азербайджанцы».

Председатель общины также объявила о выходе в свет своей книги «Иреван: историческая правда и личности»: «Мировое сообщество должно знать правду о прекрасном городе Иреван». Многие исторические личности выросли в Иреване. Одним из них является выдающийся художник Мирза Гадим Иревани. Указом президента в Баку будет отмечаться его 200-летний юбилей. «Мирза Гадим Иревани внёс большой вклад в историю Иревана».

В заключение Ф.Сафиева подчеркнула, что возвращение в Западный Азербайджан и воссоединение наших исторических земель является важной задачей для каждого из нас: «Возвращение западных азербайджанцев на родину обязательно произойдет. Наш долг перед усопшими — вернуться на земли наших предков. Мы имеем право вернуться на родные земли».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 25 феврфля  в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

XƏBƏR LENTİ
Gündəm / 26.02.2025 10:25
Xalq Xocalı soyqırımı qurbanlarının xatirəsini anır - FOTO
Gündəm / 26.02.2025 10:17
Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Gündəm / 26.02.2025 10:02
Prezident Xocalı soyqırımı ilə bağlı videoçarx paylaşıb - VİDEO
Gündəm / 26.02.2025 00:03
Xocalı soyqırımından 33 il ötür - FOTO
Siyasi, Sosial / 25.02.2025 22:16
Anağızoğlu, Anagüney, And, Angersak – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 25.02.2025 19:12
“Rəssamların sayəsində İrəvanın tipik şərq şəhəri olduğunu görürük” - VİDEO
Mətbuat / 25.02.2025 17:44
Fransa müstəmləkələrindən gələn media nümayəndələri ilə görüş olub - FOTO
Təhlil / 25.02.2025 15:24
İki milyard dollarlıq anlaşma- Bakı-İslamabad əməkdaşlığı – TƏHLİL
Sosial / 25.02.2025 14:26
Adı mənbələrdə 4 cür yazılan yurd – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.02.2025 13:50
Savadlı azərbaycanlılar ermənilərə lazım deyildi – ANONS - VİDEO
Mədəni / 25.02.2025 10:10
Bu gün Novruzun ilk çərşənbəsidir
Video müsahibə / 24.02.2025 22:32
“Çar Rusiyası Gorusda əhalinin etnik tərkibini məqsədli şəkildə dəyişdirib” - FOTO - VİDEO
Təhlil / 24.02.2025 16:55
Almaniyada seçkilər – ağır olan siyasi vəziyyət – TƏHLİL
Təhlil / 24.02.2025 14:40
Ankaranın Kiyevə vəkillik rolu – TƏHLİL
Siyasi, Təhlil / 23.02.2025 11:21
“Paşinyan anlayır ki, həqiqi sülh üçün xarici müdaxilədən qurtulmaq lazımdır” – TƏHLİL
Siyasi, Sosial / 21.02.2025 23:15
“Anam dedi ki, qız balalarım erməni vəhşilərinin əlinə düşməməlidir” - FOTO - VİDEO
Siyasi, Təhlil / 21.02.2025 15:29
Ermənistan lideri Kremli niyə hədəf alıb? - FOTO - VİDEO
Elm və təhsil, Təhlil / 21.02.2025 15:19
Min sınaqdan çıxan, yaşayıb, inkişaf edən Azərbaycan dili – TƏHLİL
Mədəni, Sosial / 21.02.2025 14:10
“O torpaqda ruhum qalıb” – Südabə Kazımovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Elm və təhsil / 19.02.2025 22:40
“Avropada ermənilərə casus kimi baxılırdı” - FOTO - VİDEO
Siyasi / 19.02.2025 16:12
“Ermənistan 300 min Qərbi azərbaycanlının hüququnu inkar edir” – DEPUTAT
Elm və təhsil / 19.02.2025 14:42
Rus çarlarının məkrli erməni layihəsi – ANONS - VİDEO
Siyasi, Sosial / 18.02.2025 22:08
Alçalı Təpə, Amağu, Amasiya – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 18.02.2025 18:36
“İrəvanda revanşistlərin maraqlarını lobbiləşdirmək cəhdləri uğursuzluğa məhkumdur” - FOTO - VİDEO
Təhlil / 18.02.2025 16:27
Zelenski savaşı – “Bandera müharibəsi”nin taleyi – TƏHLİL
Dünya, Siyasi / 18.02.2025 16:09
Asiya Parlament Assambleyasının İcraedici Şurasının Bakı iclası - FOTO