Robert Levandovski ən yaxşı futbolçusu seçildi
İdman jurnalistlərinin versiyasına əsasən dünyanın ən yaxşı futbolçusu müəyyənləşib.
Rakus.az xəbər verir ki, bu barədə “Goal.pt” nəşri sorğu aparıb. Səsvermə nəticəsində Polşa yığmasının və Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski 197 xalla bütün rəqiblərini qabaqlayıb.
İngiltərənin “Mançester Siti” komandasında çıxış edən Belçika millisinin üzvü Kevin De Bruyne 68 xalla ikinci, İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo isə 53 xalla üçüncü olub.
İspaniyanın “Barselona” klubunun argentinalı ulduz futbolçusu Lionel Messi 45 xalla 4-cü yerlə kifayətlənib.
Səsvermədə azərbaycanlı jurnalist Rasim Mövsümzadə də iştirak edib.
O, ilk üçlüyə “Bavariya”nın oyunçuları Robert Levandovski, Manuel Noyer və Serj Qnabrini, dördüncü yerə İngiltərənin “Liverpul” komandasından Sadio Maneni, beşinci pilləyə isə “Borussiya”dan (Dortmund) Erlinq Holandı layiq görüb.