İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu məşqdə dəqiqliyini nümayiş etdirib.
Rakus.az xəbər verir ki, portuqaliyalı hücumçu ayağı ilə topu basketbol halqasından keçirib.
Topun səbətə daxil olduğunu görən 35 yaşlı forvard bunu özünəməxsus şəkildə qeyd edib.
Kriştianu Ronaldu bu mövsüm İtaliya A Seriyasında meydana çıxdığı 22 oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.